"Fənərbağça"nın qış planı açıqlandı: İki ulduz futbolçu transfer ediləcək

İDMAN 17 sentyabr 2026, 13:15
Türkiyənin “Fənərbağça” klubu qış transfer pəncərəsi üçün heyətinə cəlb etmək istədiyi futbolçuları müəyyənləşdirib.

Demokrat.az
xəbər verir ki, “Fanatik”in məlumatına görə, İstanbul təmsilçisinin əsas hədəfləri arasında “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu və “Brayton”da çıxış edən Yasin Ayari yer alır.

“Fənərbağça” yay transfer dönəmində də hücuma meyilli yarımmüdafiəçi transfer etmək istəyib. Lakin bu istiqamətdə aparılan danışıqlardan nəticə əldə olunmayıb. Klub rəhbərliyinin qışda bu mövqeyə gücləndirmə etməyi planlaşdırdığı bildirilir.

Hakan Çalhanoğlunun 32 yaşı var və onun “İnter”lə müqaviləsi mövsümün sonunda başa çatır. Türkiyə millisinin üzvü daha əvvəl “Fənərbağça”nın gündəmində olub. Onunla bağlı müxtəlif transfer iddiaları səslənsə də, indiyədək razılaşma əldə edilməyib.

22 yaşlı Yasin Ayarinin də “Brayton”la müqaviləsi mövsümün sonunda başa çatır. Futbolçunun yeni müqavilə təklifini qəbul etmədiyi və bir müddət əsas komandadan kənarda qala biləcəyi bildirilsə də, baş məşqçi Fabian Hürzelerin istəyi ilə yenidən heyətə qaytarılıb.

Məlumata görə, “Fənərbağça” hər iki futbolçunun müqaviləsinin başa çatmasını nəzərə alaraq yanvar ayında onları daha münasib şərtlərlə transfer etməyə çalışacaq. Klub rəhbərliyinin milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə futbolçuların menecerləri ilə ilkin təmas quracağı gözlənilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

17 sentyabr 2026, 13:09
Top