Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib

İDMAN 16 sentyabr 2026, 16:19
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.

Bu barədə Demokrat.az-a ASTF-dən məlumat verilib.

Bildirilib ki, 2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev qarşıdakı 4 il ərzində də Azərbaycanda stolüstü tennisin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top