Arvadını yumruqlayan kişi ilə bağlı qərar verildi

KRİMİNAL 16 sentyabr 2026, 15:30
Bakıda 37 yaşlı kişi həyat yoldaşına şiddət göstərməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz evdə baş verib.

Zərdab rayon sakini, 1989-cu il təvəllüdlü Coşqun həyat yoldaşı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında baş vermiş mübahisə zamanı o, arvadını yumruqla sifət nahiyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Coşqun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını qeyd edib.

Zərərçəkmiş də əri ilə barışdığını təsdiqləyib. O, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top