“Türkiyə və Azərbaycan 2 sabitlik adasıdır”

XARİCİ SİYASƏT 16 sentyabr 2026, 15:09
“Bakının işğaldan azad edilməsinin 108-ci ildönümündə Azərbaycanda olmaq gözəl bir təsadüf oldu”. 

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsindəki hesabında Azərbaycana səfərinin yekunlarına dair etdiyi paylaşımda bildirib.  

O, Türkiyənin qlobal problemlər və regional proseslər qarşısında hər zaman əməkdaşlıq və həmrəylik içində olduğu qardaş və müttəfiq Azərbaycana mühüm səfər həyata keçirdiyini qeyd edib:

“Səmimi qonaqpərvərliyinə görə, başda dəyərli həmkarım və qardaşım Ceyhun Bayramov olmaqla bütün azərbaycanlı rəsmilərə təşəkkür edirəm. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildik və xarici işlər naziri Ceyhun Bayramovla geniş müzakirələr apardıq.

Bölgəmizdəki böhranları dəyərləndirdik, Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın təmin olunması, eləcə də Türk dünyasının ortaq gələcəyi ilə bağlı fikir mübadiləsi apardıq.

İqtisadi və ticari əlaqələrimizi daha da inkişaf etdirəcək addımları, enerji və nəqliyyat sahələrində birgə layihələrimizi, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığımızı müzakirə etdik”.

Hakan Fidan bir çox problemin yaşandığı bölgədə Türkiyə və Azərbaycanın iki sabitlik adası olduğunu vurğulayıb. O, həmçinin Türkiyənin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə, ortaq hədəflər naminə çiyin-çiyinə irəliləməyə davam edəcəyini bir daha diqqətə çatdırıb. 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top