Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

XARİCİ SİYASƏT 16 sentyabr 2026, 11:19
Georgi Zakaraşvili Gürcüstanın Azərbaycanda yeni səfiri təyin edilib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

Bakıdakı səfir postunda Zurab Pataradzeni əvəz edən Georgi Zakaraşvili daha əvvəl ölkəsinin Ukraynada səfiri olub.

Nazirlik bildirib ki, diplomat Gürcüstan XİN-in mərkəzi ofisində və diplomatik nümayəndəliklərdə uzunillik təcrübəyə sahibdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top