Xristian dövrü abidələri də Azərbaycanın mədəni irsidir — Tarixçi

MƏDƏNİYYƏT 16 sentyabr 2026, 11:10
“Qarabağda nəinki xristianlıq dövrünə, o cümlədən Alban mədəni irsinə aid, eyni zamanda xristianlıqdan əvvəlki dövrə aid çoxsaylı abidələr, o cümlədən memarlıq abidələri mövcud olub ki, onların da bir qismi hələ də dövrümüzə qədər gəlib çıxıb.

Ümumilikdə götürəndə, Alban kilsəsinin tarixi və sizin qeyd etdiyiniz kimi, bölgədəki mədəni abidələrlə bağlı mən bunu müxtəlif tarixi faktlarla məhdudlaşdırmazdım. Mən deyərdim ki, çoxsaylı tarixi faktlar mövcuddur. Müxtəlif əsrlər keçdikcə, zaman dəyişib və cəmiyyət inkişaf etdikcə orada yeni mərasimlər, yeni faktlar meydana gəlib. Bu da bizim tariximizin mühüm hissəsidir”.


Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Q. Bakıxanov adına institutunun əməkdaşı, tarixçi Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, Qarabağdakı xristian dini irsi Gəncəsər, Xudavəng və Amaras kimi monastırlardan idarə olunurdu:

“Ucqar ərazilərdə yerləşən Ağoğlan kimi digər monastırlara da həmin üç monastırdan rahiblər gəlirdi və onların nəzarəti altında orada dini təbliğat aparılırdı.

Ümumilikdə mən sizə deyim ki, ermənilər Azərbaycanın ərazilərindəki, yəni bütün ərazilərindəki xristian dövrü abidələrini erməni abidələri kimi indiyə qədər təqdim ediblər və bunu utanmadan davam etdirirlər.

Ümumilikdə, kimsə gəlsin, Qarabağ ərazisində mənə bir erməni kilsəsi, yəni bir erməni məbədi göstərsin, mən o zaman onun fərqləndirici cəhətlərini onlara izah edim. Yəni yoxdur.

Ermənilərin Qarabağda 1992-ci ilə qədər heç bir kilsəsi olmayıb. Onlar ancaq Qarabağda Alban mədəni irsinə sahib çıxıblar və Şuşada rus pravoslav kilsələrinə sahib çıxaraq onları da erməni kilsələri kimi təqdim etməyə başlayıblar.

Bu, görünən tarixi məqamlardır. Əgər siz araşdırmaçı jurnalistsinizsə, axtarış verə bilərsiniz, araşdıra bilərsiniz və görərsiniz ki, doğrudan da, bu gün işğaldan azad olunmuş, Böyük Qayıdışın başladığı bu ərazilərimizdə erməni xalqının, erməni millətinin dini məbədləri yoxdur.

Onlar işğal dövründə, yəni Qarabağ müharibəsi dövründə əraziləri 30 ilə yaxın işğal altında saxladılar. Həmin dövrdə onlar təxminən 15 kilsə tikdilər. Həmin kilsələrin ikisi Xankəndidə, ikisi Laçında, digərləri isə Kəlbəcərdə, Ağdərədə, Xocavənd rayonunun ərazilərində və müxtəlif kəndlərdə tikilib. Həmçinin çoxsaylı xaç daşları həmin ərazilərdə yerləşdirilib ki, bu ərazilərdə xristian görünüşü yaradılsın.

Ümumilikdə Azərbaycan heç bir dini əqidəyə fərq qoymadan bu abidələrin hamısının qorunması, mühafizəsi və bərpası ilə məşğuldur. Xristian dövrü abidələri də Azərbaycanın öz mədəni irsidir. Biz bunu belə qəbul edirik”.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top