“Qarabağdakı Alban xristian irsini qiymətləndirərkən əsas məsələ tarixi faktları sonrakı siyasi və konfessional dəyişikliklərdən ayırmaqdır. Qafqaz Albaniyası xristianlığı erkən qəbul etmiş, öz kilsə təşkilatına və katolikosluq institutuna malik qədim dövlət idi. Qarabağda Gəncəsər, Xudavəng, Ağoğlan və digər qədim xristian abidələrinin mövcudluğu bu tarixi irsin mühüm maddi sübutlarıdır.
VII əsrdə Ərəb xilafətinin hakimiyyəti dövründə Alban kilsəsinin müstəqilliyinə zərbə vuruldu. 705-ci ildə Əməvi xəlifəsi Əbdülməlikin dövründə Alban kilsəsinin erməni kilsəsinin iyerarxik tabeliyinə keçirilməsi bu prosesin əsas mərhələlərindən biri oldu”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Fikir və İnkişaf İctimai Birliyinin sədri Anar Turan deyib.
Onun sözlərinə görə, Alban kilsə ənənəsi əsrlərlə yaşadı:
“Qarabağda Gəncəsər katolikosluğu bunun ən mühüm sübutlarından biridir. Nəhayət, 1836-cı ildə Rusiya imperiyasının qərarı ilə Alban katolikosluğu rəsmən ləğv edildi və onun kilsə strukturları Eçmiədzin mərkəzli erməni-qriqorian kilsəsinin idarəsinə verildi.
Məhz bundan sonrakı dövr Qarabağdakı Alban irsinin erməniləşdirilməsi baxımından xüsusi araşdırılmalıdır. Qədim Alban kilsələrinin mənsubiyyətinin dəyişdirilməsi, abidələrdəki yazı və izlərin dəyişdirilməsi və Alban dini irsinin erməni kilsə tarixinin tərkib hissəsi kimi təqdim edilməsi ilə bağlı konkret faktlar elmi şəkildə araşdırılmalıdır.
Şübhəsiz ki, bu müəyyən qədər araşdırılmış və sübut da edilmişdir. Lakin bu sahə hələ də yetərincə araşdırılmamış və erməni millətçiləri tərəfindən Azərbaycanın qədim tarixi Alban irsinin erməniləşdirilməsi hələ də dünya ictimaiyyətinə kifayət qədər təqdim edilməyib.
Ona görə Qarabağdakı qədim xristian abidələrinə yalnız onların sonrakı konfessional mənsubiyyətinə əsasən qiymət vermək olmaz. Bu abidələrin daha qədim Alban tarixi, tikinti mərhələləri və kilsə ənənəsi nəzərə alınmalıdır.
Qarabağdakı Alban xristian irsi Azərbaycanın qədim tarixinin mühüm hissəsidir. Bu irsin sonrakı əsrlərdə başqa kilsə yurisdiksiyasına keçirilməsi onun ilkin tarixi mənsubiyyətini avtomatik olaraq dəyişmir”.
Nuray Paşşanlı