Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda bəzi bakalavr ixtisaslarının təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi mümkündür. Bu dəyişiklik bütün ixtisaslara şamil edilməyəcək və yalnız mütəxəssislərin rəyi əsasında müəyyən sahələr üzrə tətbiq oluna bilər.
Nəzərdə tutulan sahələrin hansının 3 illik olma ehtimalı daha yüksəkdir?
Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a mövzu ilə bağlı danışıb. Onun sözlərinə görə, ali təhsildə 4 illik bakalavr proqramlarının 3 ilə endirilməsi təşəbbüsü dünya təhsil sistemində, xüsusən Avropa ali təhsil məkanında – Boloniya prosesi çərçivəsində geniş tətbiq olunan və əmək bazarının dinamikasına uyğunlaşmağa hesablanmış müasir modeldir:

“Bu modelin əsas fəlsəfəsi tələbəyə uzun illər ərzində yalnız nəzəri biliklər vermək deyil, daha sıx, intensiv və tətbiqyönümlü proqram vasitəsilə onu qısa müddətdə əmək bazarına inteqrasiya etməkdir. Azərbaycan reallığında isə bu qaydanın bütün ixtisaslara şamil edilməməsi tamamilə doğru və əsaslı yanaşmadır. Çünki tibb, mühəndislik, hüquq, pedaqogika kimi yüksək məsuliyyət və uzunmüddətli təcrübə, fundamental elmi baza tələb edən sahələrdə təhsil müddətinin azaldılması kadr keyfiyyətinə mənfi təsir göstərə bilər. Lakin 3 illik təhsil modelinin daha çox ehtiyac olan ixtisaslarda tətbiqi mümkündür. Məsələn, informasiya texnologiyaları, proqram təminatı, veb-dizayn, rəqəmsal marketinq kimi sahələrdə texnologiyalar çox sürətlə dəyişir. 4 illik nəzəri proqramlar həmin sürətə çatana qədər müəyyən qədər köhnələ bilər. Bu istiqamətlərdə 3 illik, intensiv və praktiki layihələrə əsaslanan proqramlar tələbənin daha tez əmək bazarına çıxmasına şərait yarada bilər”.
Ekspert həmçinin biznes, marketinq, menecment, turizm və xidmət sektoru üzrə ixtisaslarda da nəzəriyyədən daha çox praktiki bacarıqların ön planda olduğunu deyib:
“Modul tipli intensiv tədris proqramı ilə bu ixtisaslar üzrə baza biliklərinə 3 il ərzində yiyələnmək tamamilə realdır. Bundan əlavə, jurnalistika, ictimaiyyətlə əlaqələr, kitabxanaçılıq, sosial iş və müəyyən tətbiqi dizayn sahələrində də proqramların sıxlaşdırılması və 3 illik formata keçirilməsi mümkündür. Bu dəyişiklik reallaşacağı təqdirdə tələbələr üçün həm vaxta, həm də maliyyə resurslarına qənaət ediləcək. Eyni zamanda gənclərin əmək bazarına daha erkən yaşda daxil olmasına və iqtisadi fəallığının artmasına təkan verəcək. Əsas məsələ isə təhsil kreditlərinin və kredit həcminin 3 il ərzində düzgün, səmərəli və balansı pozmadan sıxlaşdırılmasıdır”.
Fidan Hacızadə