Səudiyyə Ərəbistanının Avropaya neft tədarükünü azaltması və bəzi partiyaların ləğvi fonunda Avropada neft bazarında təzyiq artır. Rusiya neftinin idxalının azalması şəraitində Azərbaycanın Avropa üçün rolu da ön plana çıxır. Azərbaycan 2025-ci ildə Aİ-yə 21,1 milyon tondan çox xam neft, 2026-cı ilin ilk yarısında isə 5,9 milyard kubmetr qaz ixrac edib.
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən İqtisad elmləri doktoru, professor, IV çağırışda deputat olmuş Rüfət Quliyev bildirib ki, Avropanın qaz tələbatını götürsək, təxminən illik 550 milyard kubmetrdir:

“Hər halda 500 milyard kubmetrdən çoxdur, 600 milyard kubmetrdən isə bir qədər aşağı ola bilər. İndi yaşıl energetikanı inkişaf etdirmək üçün böyük vəsaitlər qoyulur, səylər göstərilir, 100 milyardlarla vəsait artıq xərclənib. Amma bu, o demək deyil ki, ənənəvi enerji mənbələrindən, o cümlədən neft və qazdan istifadə sürətlə azalacaq. Avropa hətta qarşısına müəyyən şərtlər və məqsədlər qoyub. 2050-ci ilə qədər yaşıl enerjinin istifadəsinin daha böyük, daha çox olması nəzərdə tutulur. Amma görürsünüz, məsələn, Almaniya bir neçə il bundan əvvəl nüvə enerjisindən istifadədən özü-özünə imtina etdi və atom elektrik stansiyalarını bağladı. Sonu nə oldu? Bu gün ultra-sağ partiya, hansı ki, kansler Mertsi daim tənqid edir, bu məsələni yenidən gündəmə gətirib və nüvə enerjisinin hələ də lazım olduğunu bildirir. Həqiqət də budur ki, nüvə enerjisi yaşıl enerjinin bir növü kimi sayıla bilər. Burada problem ondadır ki, Yaponiyada dəfələrlə sunami nəticəsində atom elektrik stansiyalarında böyük problemlər yaranmışdı. Bunun qorxusundan və istifadə edildikdən sonra nüvə tullantılarının yerləşdirilməsi ilə bağlı yaranan problemlərdən dolayı Almaniya bu enerjidən imtina etdi. Bu gün, məsələn, Almaniyanın iqtisadiyyatını və enerji təminatını Fransa ilə müqayisə etsək, Fransanın enerji təminatının təxminən 70 faizi atom energetikasından əldə olunur. Bu da bir variantdır”.
İqtisadçı söyləyib ki, Avropa İttifaqının özündə də bu məsələdə birmənalı addımlar atılmır, mübahisələr çoxdur:
“Amma Azərbaycanın çox maraqlı addımları yenə də Avropanı Azərbaycana daha çox üz tutmağa məcbur edir. Burada, təbii ki, söhbət hazırkı halda Rusiyadan gələn qazı və yaxud nefti tam əvəzləməkdən gedə bilməz. Biz artıq bu rəqəmləri bilirik. Avropanın 10-dan çox ölkəsi Azərbaycan qazından, qismən də neftindən istifadə edir. Əsasən neftlə bağlı söhbət İtaliyadan gedir və burada böyük bir asılılıq var. Cənab Prezidentin tapşırığı ilə proqram çərçivəsində, 2027-ci ilə qədər, təxminən 20 milyard kubmetr qaz ixracı nəzərdə tutulur. Yəni bu, bugünkü təxminən 10-12 milyard kubmetrlik göstəricidən demək olar ki, iki dəfə çoxdur. Yəni biz qaz ixracını birmənalı şəkildə Avropaya artıracağıq. Amma bununla məsələ bitmir. Mən bunu dəfələrlə açıqlamışam. Bu gün bizim Türkmənistanla dost və qardaş münasibətlərimizin təməli qoyulub və bu münasibətlər inkişaf edir. Burada enerji məsələləri ilə əlaqədar Türkmənistanla birmənalı şəkildə işlər gedir. Birinci onu qeyd etmək istəyirəm ki, iki prezident arasında siyasi sazişlər var, görüşlər və razılaşmalar keçirilib, hökumətlərarası sənədlər artıq imzalanıb. Layihə ondan ibarətdir ki, Türkmənistanın qaz yataqlarına görə dünyada ilk beşlikdə olduğunu və orada qazın nisbətən ucuz olduğunu nəzərə alaraq, həmin qazın ixracı həyata keçirilsin. Türkmənistanın qaz ixracında müəyyən problemləri var. Ölkə daha çox Çinə qaz verir və ötürə bilir. Rusiya ilə svop əməliyyatları vasitəsilə də qazı Rusiyanın ərazilərinə çatdıra bilir. Yəni Rusiyanın öz qazını çatdıra bilmədiyi ərazilərdə Türkmənistan qazı əvəzləşdirmə yolu ilə həmin istiqamətə yönəldilir. Amma Türkmənistanın real xarici bazarlara çıxışı bu gün Azərbaycan üzərindən mümkündür. Bu söhbət bir neçə ildir gedir və artıq konkretləşib. Əgər Azərbaycan tezliklə Transxəzər qaz kəmərini, yəni Xəzərin dibi ilə qazın Türkmənistandan Azərbaycana, Azərbaycandan isə xaricə, o cümlədən Avropaya nəqlini təmin edən layihəni həyata keçirsə, Azərbaycanın qaz ixracını 100 milyard kubmetrə qədər qaldırmaq mümkün olacaq. Bu artıq fantastik rəqəm deyil. Yəni həqiqətdə buna çatmaq olar. Bunun üçün də Azərbaycan çalışır. Bu, həm Azərbaycan üçün müsbət valyuta gəlirləri deməkdir, həm Türkmənistanla, həm də digər ölkələrlə münasibətlərin daha da möhkəmlənməsi deməkdir. Amma ən əsası, burada Avropa ölkələri ilə daha sıx münasibətlər, dəstək və inkişaf məsələsi var”.
Rüfət Quliyev əlavə edib ki, artıq Avropa Azərbaycan qazına üz tutub və bu qazdan istifadə etməyə çalışır:
“Burada nəzərə almaq lazımdır ki, Azərbaycan, bu sirr deyil, Avropaya satılan qazı müəyyən qədər dünya qiymətlərindən daha ucuz təklif edir ki, onların həm rəğbətini qazansın, həm də münasibətlər daha da möhkəmlənsin. Bu, balaca məsələ deyil. Ursula fon der Lyayen son bir ildə iki dəfə Azərbaycana gəlib, cənab Prezidentlə görüşüb və sənədlərə imza atıb. Bunun böyük mənası var. Azərbaycan düşünürəm ki, yaxın gələcəkdə qazın tranzitindən valyuta qazanmaq imkanlarını daha da artıracaq. Hətta bu gəlirlər öz qazımızın ixracından əldə olunan gəlirlərdən daha çox ola bilər. Bu da müsbət haldır. Eyni səpkidə neftdən də danışmaq olar. Düzdür, bu gün neftin göstəriciləri istər hasilat, istərsə də xaricə ixrac baxımından o qədər yüksək deyil. Təxminən 4-5 il bundan əvvəl İngiltərə ekspertlərinin fikirlərinə görə, Xəzər dənizinin dibində təxminən 5 trilyon dollarlıq neft-qaz ehtiyatı var. İndi həmin qazı da neftin xüsusi düsturu ilə hesablasanız, söhbət təxminən 5 trilyon dollardan gedir. Burada təxminən bir barel neftin 100 dollar olması nəzərdə tutulur. Təbii ki, Azərbaycanın da burada payı var.
Məsələn, maraqlı ola bilər ki, Xəzər dənizinin ümumi ərazisini götürsək, təxminən 80 min kvadratkilometrdir və beş ölkə arasında bölgü nəticəsində 21 faizdən bir qədər artıq hissə Azərbaycanın payına düşür. Təxminən 3-4 il bundan əvvəl həmin beş ölkə arasında saziş bağlanıb. Çox sadə riyazi hesabla 5 trilyon dolları 5-ə bölsək, bu, 1 trilyon dollar edir. Deməli, Azərbaycanın gələcəkdə təxminən 1 trilyon dollarlıq neft və qaz ehtiyatları ola bilər. Bunun üçün, təbii ki, yeni texnologiyalar və yeni yatırımlar lazım olacaq. Bugünkü Azərbaycanın istər texnologiya, istərsə də investisiya baxımından bunu həyata keçirə biləcək imkanları var. Sadəcə olaraq burada iqtisadi və maliyyə effektivliyindən söhbət gedir. Düşünürəm ki, yaxın gələcəkdə, bəlkə də 5-7 ilə Azərbaycan artıq bu istiqamətdə işlərini sürətləndirməyə başlayacaq. Azərbaycanın Avropa və digər tərəfdaşları ilə münasibətlər qurmasına gözəl misal gətirmək olar. Azərbaycan heç vaxt neftin, qazın və istənilən enerji resursunun satışından siyasi alət kimi istifadə etmir. Biz hamı ilə normal münasibətlərin olmasını istəyirik. Hətta tərəfdaşları cəlb edirik ki, gəlin bir yerdə layihələr həyata keçirək, yollar tikək, logistikanı və nəqliyyatı inkişaf etdirək və birlikdə pul qazanaq. Yəni xalqlar qazansın, ölkələr qazansın. Bu, böyük və perspektivli plandır. Ona görə də ölkələrin Azərbaycanla danışıq aparması rahatdır. Çünki Azərbaycanın rəhbərinin sözü imzası kimi möhkəmdir. İnam çoxdur və bu günə qədər də bir dəfə belə olmayıb ki, dövlət rəhbəri nəyəsə söz versin və həmin söz həyata keçirilməsin. İstər sənədin altında imza olsun, istərsə də olmasın, bunun heç bir fərqi yoxdur. Bu da, təbii ki, ölkələr üçün sabit inkişaf və irəli getmək baxımından böyük məsələdir”.
Fidan Hacızadə