Bakıda nəqliyyat sıxlığının artması gündəlik həyatın ayrılmaz problemlərindən birinə çevrilib. Uzun müddət tıxacda qalmaq insanların vaxt itkisi ilə yanaşı, psixoloji vəziyyətinə və həyat keyfiyyətinə də təsir göstərə bilər. Xüsusilə işə və ya evə gecikmə, davamlı stress və yollarda gərginlik sürücülər və digər hərəkət iştirakçıları arasında aqressiyanın artmasına səbəb ola bilər.
Psixoloq Zümrüd Əsədova Demokrat.az-a açıqlamasında deyib ki, tıxac insanın gün ərzindəki emosional vəziyyətinə kifayət qədər ciddi təsir edə bilər.
Onun sözlərinə görə, züsusilə insan hər gün uzun müddət yolda qalırsa, bu vəziyyət zamanla yorğunluq və gərginlik yaradır:
“İnsan tıxacda bir tərəfdən vaxtını itirdiyini düşünür, digər tərəfdən isə vəziyyəti dəyişə bilmir. Harasa gecikir, amma avtomobili hərəkət etdirə bilmir. Bu nəzarətsizlik hissi insanı daha tez gərginləşdirir. Üstəlik, tıxacda hamı bir-birinin hərəkətindən asılı vəziyyətə düşür. Kimsə qəfil qarşıya keçir, siqnal verir və ya yol vermir. Normal vaxtda kiçik görünən bir hadisə, artıq yığılmış gərginliyin fonunda daha güclü reaksiya yarada bilər. Bu gərginlik avtomobildən düşəndə də dərhal bitmir. İnsan işə və ya evə artıq yorğun və əsəbi çata bilər. Bu da ailə münasibətlərinə, uşaqlara münasibətə, işdə ünsiyyətə təsir göstərə bilər. Mən burada bir maraqlı məqam görürəm. Tıxac insanın nəzarət ehtiyacını və səbrini çox yaxşı göstərir. Çünki nə qədər gecikəcəyimizi, yolun nə vaxt açılacağını, qarşıdakı avtomobilin nə edəcəyini idarə edə bilmirik”.
Zümrüd Əsədova bildirib ki, xüsusilə insan artıq yorğundursa, yuxusuzdursa və ya başqa problemlərlə gəlirsə, tıxac həmin emosiyaların daha tez üzə çıxmasına səbəb ola bilər:
“Ona görə də insan öz reaksiyasını tanımalıdır. “Mən yolu idarə edə bilmirəm, amma bu yolun mənim əhvalımı idarə etməsinə icazə verməyə bilərəm” deyə bilməsi belə reaksiyanın gücünü azalda bilər. Çünki tıxacda ən çox itirdiyimiz şey bəzən vaxtdan çox, özümüzə olan səbrimiz olur”.
Fidan Hacızadə