Portuqaliyanın “Benfika” klubundan ayrılan 31 yaşlı vinger Brumanın yeni komandası müəyyənləşib.
Demokrat.az xəbər verir ki, təcrübəli futbolçu Yunanıstan Super Liqasında çıxış edən “Aris”lə müqavilə imzalayıb.
Tərəflər arasında 1+1 illik anlaşma əldə olunub. “Benfika”nın baş məşqçisi Bruno Laqenin planlarında yer almayan Brumanın müqaviləsinə xitam verilib və futbolçu yeni klubuna azad agent kimi keçib.
Portuqaliyalı futbolçu ötən mövsüm keçirdiyi ciddi zədələr səbəbindən “Benfika”nın heyətində cəmi üç rəsmi oyunda meydana çıxıb. Bruma bu mövsüm isə komandasının heç bir rəsmi matçında iştirak etməyib.
Bruma Yunanıstan çempionatına tanışdır. O, 2020-2021-ci illərdə “Olimpiakos”un formasını geyinib. “Aris”ə keçidi ilə futbolçu altı ildən sonra yenidən Yunanıstan Super Liqasında çıxış edəcək.
Türkiyədə də yaxşı tanınan Bruma karyerası ərzində “Qalatasaray” və “Fənərbağça”nın formasını geyinib. O, 2013-cü ildə 18 yaşında “Sportinq”dən 13 milyon avro qarşılığında “Qalatasaray”a transfer olunub. Bruma İstanbul klubunda keçirdiyi 85 rəsmi oyunda 15 qol vurub və 16 məhsuldar ötürmə edib. 2017-ci ildə isə 15 milyon avro qarşılığında Almaniyanın “Leypsiq” klubuna satılıb.
2022-2023 mövsümündə “Fənərbağça”ya PSV-dən icarə əsasında keçən Bruma burada gözləntiləri doğrulda bilməyib. O, İstanbul təmsilçisinin heyətində cəmi 5 rəsmi oyunda meydana çıxaraq 1 assist edib. Daha sonra futbolçunun transfer hüquqları 4,25 milyon avroya “Fənərbağça” tərəfindən alınıb və Bruma “Braqa”ya icarəyə verilib. Portuqaliyalı futbolçu sonradan 6,5 milyon avro qarşılığında “Braqa”ya transfer olunub.
Jalə
Demokrat.az