"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-in ilk reaktorunu yaxın zamanda işə salacaq və ilk elektriki istehsal etməyə başlayacağıq", - o yazıb. A. Bayraktar qeyd edib ki, Türkiyənin hədəflərinə çatmaq üçün çox iş görülməlidir: "Ənənəvi, böyük miqyaslı reaktorlardan ən azı 15 min meqavatlıq bir gücə çatmağı hədəfləyərkən, kiçik modul reaktorları da dəyərləndirərək sistemimizə ən azı 5 min meqavatlıq daha bir güc daxil etməyi planlaşdırırıq. Bu iki həmləni bir araya gətirərək 2050-ci ildə ümumilikdə 20 min meqavatlıq quraşdırılmış nüvə gücünə çatacaq, elektrik ehtiyacımızın təxminən 12 faizini təmiz enerji mənbələrindən qarşılayacağıq". Bahar
Krım müharibəsi (1853–1856) dövründə, Abraham-Solomon Kamondonun rəhbərlik etdiyi "I. Camondo & Cie" bank evi Osmanlı İmperiyası üçün əsas maliyyə dayağı və kreditor rolunu oynayırdı. Qara dənizdə iki nəhəg imperiyanın münaqişəsinin başlanğıcında Osmanlının öz mərkəzi bankı yox idi. Nəticədə hökumət (Bab-ı Ali) Rusiyaya qarşı müharibə aparmaq üçün təcili vəsaitə ehtiyac duyurdu. Başqa çıxış yolu olmadığından Kamondo ailəsi Osmanlı ordusunun təchizatında mühüm vəzifələri öz üzərinə götürdü. Buna görə də sonralar ailə "Şərqin Rotşildləri" ləqəbini qazanmışdı. Türk hərb tarixçilərinə görə, Almaniya və Britaniya kəşfiyyat xidmətləri Türkiyə ilə Rusiya arasında yeni müharibə yaratmaq və ona daha da qızışdırmaq üçün böyük bir plan hazırlamışdılar. Üzərində türk bayrağı qaldırmış bir neçə alman hərbi gəmisi Qara dənizdə Rusiya donanmasına hücum etmiş və bu hadisə münaqişənin birbaşa başlama səbəbi olmuşdu. Münaqişənin davam etdiyi sonrakı üç il ərzində Osmanlı imperiyasının ordusunun təchizatı Kamondoların kreditləri hesabına həyata keçirilmişdi. Kamondo ailəsi İstanbulda yaşamış sefard yəhudisi olan bankirlər ailəsi idi. İstanbulun modernləşdirilməsinə mühüm töhfələr vermiş Kamondo ailəsi İspan inkvizisiyasından qaçaraq əvvəlcə Venesiyaya, oradan İstanbula, daha sonra isə Parisə köçmüşdü. Kamondolar İkinci Dünya Müharibəsi dövründə nasist konsentrasiya düşərgələrində nəsillərinin son üzvlərini də itirərək tarixə qarışdılar. Ailənin görkəmli üzvü olan və tez-tez "Şərqin Rotşildləri" adlandırılan Abraham Salomon de Kamondo şəhər həyatının modernləşdirilməsində qabaqcıl rol oynamışdır. O, müasir bankçılığın banilərindən biri olmaqla yanaşı, İstanbulun ilk bələdiyyə idarəsinin qurulmasında, şəhər infrastrukturunun müasirləşdirilməsində və yeni, müasir təhsil müəssisələrinin yaradılmasında mühüm rol oynamış; həmçinin şəhərsalma, memarlıq və mədəniyyət sahələrində irimiqyaslı investisiyalara rəhbərlik etmişdir. Ailə və sosial sahibkar kimi fəaliyyət göstərən Abraham Salomon de Kamondo, 19-cu əsrdə İstanbulun Avropa şəhərləri ilə bölüşdüyü dəyərlərin və təsisatların inkişafında əhəmiyyətli paya sahib olmuşdular. Yəhudi icmasının liderlərindən biri olan Abraham Salomon de Kamondo, şəhərin ilk bələdiyyə idarəsi olan 6-cı Bələdiyyə Dairəsinin (Altıncı Daire-i Belediye) yaradılmasında da rol oynamışdır. 1870–1880-ci illər arasında Bankalar küçəsində məşhur Kamondo pilləkənlərinin tikintisinə sifariş verən bu görkəmli bankir vəfat etdikdən sonra, əvvəlcədən Hasköydə tikilməsini tapşırdığı məqbərədə dövlət səviyyəsində təşkil olunmuş dəfn mərasimi ilə torpağa tapşırılmışdır. İstanbulun inkişafına və müasirləşməsinə mühüm töhfələr vermiş Kamondo ailəsinin şərəfinə, Türkiyə Baş Rəbbinliyinin nümayəndələrinin də iştirak etdiyi mərasimdə, Karaköydəki Bankalar küçəsində yerləşən həmin pilləkənlərə xatirə lövhəsi vurulmuşdur. Onların ən diqqətçəkən fəaliyyətləri kimi 1815-ci ildə "İshak Kamondo və Şərikləri" (İshak Kamondo & Ko) bankının təsis edilməsini göstərmək olar. Məhz bu bank Krım müharibəsi dövründə Osmanlı İmperiyasına müharibəni davam etdirmək üçün maliyyə kreditləri verib. Bundan əlavə, onlar 6-cı Bələdiyyə Dairəsinin qurulmasındakı töhfələri ilə yanaşı, "Şirket-i Hayriyye" (Boğaziçi bərə şirkəti) və "Dersaadet" Tramvay Şirkətində də pay sahibi olmuşlar. Kamondo ailəsi Osmanlı modernləşməsində iz qoyan çoxsaylı tikililərin tikintisini də sifariş verib. Görkəmli nümunələr arasında Kasımpaşadakı Şimal Dəniz Bölgəsi Komandanlığı, Qalata İqamətgahı, Serdar-ı Əkrəm küçəsindəki Kamondo Han, Məşrutiyyət küçəsindəki Büyükada Hanı, həmçinin Karaköydəki Saatçi Han, Lətif Han, Lacivert Han, Yakut Xan, Kuyumcular Xan, Lüleci Han, Gül Han və Kamondo Bankalar küçəsindəki pilləkənləri göstərmək olar. Kamondo ailəsi Avropada siyasi və mədəni institutların qurulması və inkişafında da böyük rol oynayıb. Kamondo ailəsinin mədəniyyət və incəsənət sahəsindəki töhfələri onlar Parisdə məskunlaşdıqdan sonra da davam etdi. Diqqətəlayiq təşəbbüslər sırasına Şanz-Elizedə milli teatrın təsis edilməsi, Luvr Muzeyinə impressionist rəsm əsərləri kolleksiyasının hədiyyə olunması və XVIII əsrə aid sənət əsərlərini özündə birləşdirən Nissim de Kamondo Muzeyinin yaradılması daxildir. Ailənin təsir dairəsinin daha bir sübutu kimi, onların İtaliyanın birləşdirilməsi prosesinə göstərdikləri dəstəyi, eləcə də "qraf" titulunu əldə etmələrini qeyd etmək olar. Kamondo ailəsinin əsas üzvləri: - Abraham Salomon Kamondo (1781–1873), bankir və xeyriyyəçi - Salomon Rafael Kamondo (1810–1866), bankir və Abraham Salomon Kamondonun oğlu - Abraham Behor Kamondo (1829–1889), bankir və Salomon Rafael Kamondonun oğlu - Nissim Kamondo (1830–1889), bankir və Salomon Rafael Kamondonun oğlu - İsaak de Kamondo (1851–1911), bankir, diplomat, bəstəkar və kolleksiyaçı; Abraham Behor Kamondonun oğlu - Moise de Camondo (1860–1935), bankir və kolleksiyaçı; Nissim Kamondonun oğlu və Nissim de Camondonun atası - Nissim de Camondo (1892–1917), bankir və Birinci Dünya Müharibəsi dövründə pilot; Moïse de Camondonun oğlu - Béatrice de Camondo (1894–1945), Moïse de Camondonun qızı - Fanny de Camondo (1920–1943), Béatrice de Camondonun qızı - Bertrand de Camondo (1923–1944), Béatrice de Camondonun oğlu Alparslan Jalə Davud
Ermənistan parlamenti müxalifətin iştirak etmədiyi iclasda, cəmi bir neçə dəqiqə ərzində TRIPP-lə bağlı qanunvericilik paketini birinci oxunuşda təsdiqlədi. Demokrat.az-ın məlumatına görə, noyabrın 12-də Ermənistan parlamentinin növbədənkənar iclasında erməni deputatlar "Səhmdar cəmiyyətlər haqqında" qanuna əlavələrin, eləcə də əlaqəli qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihələri paketini yekdilliklə, birinci oxunuşda qəbul ediblər. Qanunvericilik təşəbbüsü 64 deputat tərəfindən yekdilliklə dəstəklənib. Qeyd etmək lazımdır ki, "Güclü Ermənistan" və "Ermənistan" blokları ilə təmsil olunan parlament müxalifəti iclasda və ya səsvermədə iştirak etməyib. Alparslan Jalə Davud
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu telefon danışığı zamanı İranla bağlı gələcək addımları müzakirə edərkən aralarlnda "gərgin və yüksək tonlu sözlü toqquşma" baş verib Demokrat.az xəbər verir ki, bubarədə İsrailin "Ynet" nəşri etibarlı mənbələrə dayanaraq bu haqda məlumat yayıb. Söhbət ötən həftəsonu (7–8 noyabr) ABŞ və İsrail arasında İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı fikir ayrılıqları fonunda baş tutub. "Ynet"ə məlumat verən mənbələr Tramp və Netanyahu arasındakı dialoqu "çətin və gərgin" kimi təsvir ediblər. Mənbələrdən biri bunu "yüksək tonlu mübahisə" adlandırıb. Netanyahunun ofisi bu məlumatı təkzib edərək, onu "saxta xəbər – tamamilə cəfəngiyyat" adlandırıb. İsrailin yüksək vəzifəli rəsmisi söhbətin baş tutduğunu təsdiqləsə də, onun "heç də çətin olmadığını" bildirib. Alparslan Editor
General Şamil Şərəfəddin oğlu Krutkov Ukrayna Quru Qoşunları komandanının yeni müavini təyin olunub. Demokrat.az xəbər verir ki, onun sonuncu vəzifəsi "Xolodni Yar" Əlahiddə Mexanikləşdirilmiş Briqadasının komandiri olub. 93-cü "Xolodni Yar" Əlahiddə Mexanikləşdirilmiş Briqadasının komandiri Şamil Krutkov Ukrayna Quru Qoşunları komandanının müavini vəzifəsini icra edəcək. O, yeni vəzifəsində bölmələrin təlimi və kadrlarla təmin edilməsi sistemlərinin təkmilləşdirilməsinə, qoşunların döyüş hazırlığının yüksəldilməsinə, həmçinin briqadalar daxilində yoxlamaların səmərəliliyinin artırılmasına cavabdeh olacaq. Krutkovun vəzifəsi 93-cü Mexanikləşdirilmiş Briqadanın döyüş təcrübəsini bütün Quru Qoşunlarına yaymaqdan ibarət olacaq. Şamil Krutkov 2024-cü ilin noyabrında "Xolodni Yar" briqadasının komandanlığını qəbul edərək, Ukrayna Silahlı Qüvvələrinin ən gənc briqada komandiri olub. Bioqrafik arayış Şamil Krutkov (azərb. Şamil Şərəfəddin oğlu Krutkov; 22 oktyabr 1997-ci ildə Lvovda anadan olub) - hərbçi, Ukrayna Silahlı Qüvvələrinin polkovnik-leytenantı və 93-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadanın komandiridir. O, 3-cü dərəcəli "Boqdan Xmelnitski" ordeni ilə təltif edilib. O, Lvov şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. "Kruti Qəhrəmanları" adına liseyi bitirdikdən sonra təhsilini Milli Ordu Akademiyasında davam etdirib. Təlimini başa vurduqdan sonra o, hərbi karyerasına 58-ci Motorlaşdırılmış Piyada Briqadasının 15-ci Motorlaşdırılmış Piyada Taborunda kiçik zabit kimi başlayıb və 2022-ci ilin sonuna qədər burada xidmət edib. 2021-ci ildə Prezident tərəfindən "Ukraynaya hərbi xidmətə görə" medalı ilə təltif olunub. Daha sonra 93-cü Mexanikləşdirilmiş Briqadaya keçirilib və burada Pavlo Palisa ilə birlikdə komandir müavini vəzifəsində xidmət edib. 2024-cü ilin noyabrında o, "Xolodni Yar" adlı 93-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadaya komandir təyin edilib; bu barədə məlumatı dekabrın 3-də hərbi hissənin mətbuat xidməti açıqlayıb. 93-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadanın keçmiş komandiri, polkovnik Pavlo Palisa, Prezident Ofisinin rəhbəri Andriy Yermakın müavini vəzifəsinə təyin edildi. Palisa briqadanın bayrağını, briqada komandirinin müavini kimi fəaliyyət göstərdiyi dövrdə döyüş meydanında çiyin-çiyinə xidmət etdiyi polkovnik-leytenant Krutkova təhvil verdi. 19 iyul 2026-cı ildə Ukrayna Silahlı Qüvvələrinin o zamankı Ali Baş Komandanı Oleksandr Sırski, Krutkovun 93-cü Briqadanın komandiri vəzifəsindən uzaqlaşdırılmasını tövsiyə edən rəsmi araşdırma hesabatını imzaladı. Lakin iyulun 29-da yeni Ali Baş Komandan Mixaylo Drapatı, Krutkovu yenidən həmin vəzifəyə qaytardı. Mükafatları 3-cü dərəcəli "Boqdan Xmelnitski" ordeni (2022) Alparslan Bəxtiyar Umarlı
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Demokrat.az apa-ya istinadən xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imzalayıblar. Saziş "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" yaşıl enerji dəhlizinin inkişafını, regional enerji bağlantılarının gücləndirilməsini və elektrik enerjisinin ötürülməsi marşrutlarının şaxələndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər təmiz elektrik enerjisinin ötürülməsi və təchizatı sahəsində əməkdaşlıq edəcək, enerjinin təhlükəsiz və fasiləsiz ötürülməsi üçün zəruri şərtləri müəyyənləşdirəcək, həmçinin layihə çərçivəsində fiber-optik rabitənin təkmilləşdirilməsi istiqamətində çalışacaqlar. Saziş Azərbaycanın bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixracına, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsinə və Azərbaycanın regionlararası elektrik enerjisi qovşağına çevrilməsinə töhfə verməyi hədəfləyir. Nuray Paşşanlı
Iğdır Universitetinin rektoru, professor-doktor Ekrem Gürel Iğdır Universitetinə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adının verilməsini təklif edib. Demokrat.az xəbər verir ki, rektor bu təkliflə "Haber Global"ın canlı efirində çıxış edib. Ekrem Gürel eyni zamanda, Naxçıvan Dövlət Universitetinə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adının verilməsini təklif edib. O, təşəbbüsün Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verə biləcəyini bildirib. Rektor hər iki ölkənin ziyalılarını, akademik dairələrini, ictimaiyyət nümayəndələrini və siyasətçilərini təklifə dəstək verməyə çağırıb. Onun sözlərinə görə, bu təşəbbüsün reallaşması Azərbaycan-Türkiyə qardaşlığının rəmzi ifadələrindən birinə çevrilə bilər. Alparslan Editor
Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Hikmət Mirzəyevin Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun oğlu Alparslanla fotosu yayılıb. Fotoda Hikmət Mirzəyev şəhidin oğlu ilə bir arada görüntülənib. Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. O, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib, Aprel döyüşlərində və 2020-ci il Vətən müharibəsində iştirak edib. 2020-ci il oktyabrın 19-da Qubadlı istiqamətində gedən ağır döyüşlərdə şəhid olan Camal İsmayılov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. O, həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Qeyd edək ki, Camal İsmayılov şəhid olduqdan sonra, 2021-ci il fevralın 12-də oğlu dünyaya gəlib. Atasının arzusuna uyğun olaraq körpəyə Alparslan adı verilib. Şəhidin iki qızı da var.(bakıvaxtı.az) Nihadə Eyyubova
2021-ci ilin avqustundan noyabrına qədər Ermənistanın müdafiə naziri vəzifəsində çalışmış və hazırda Rusiyada yaşayan Arşak Karapetyan özünün "Save Armenia" ("Ermənistanı xilas et") adlı YouTube kanalı vasitəsilə sərt müraciət yayımlayıb. Demokrat.az-ın məlumatına görə, sözügedən müraciət noyabrın 5-də – Ermənistanda Hərbi Kəşfiyyat Günü qeyd olunan tarixdə lentə alınıb. Karapetyan bu fürsətdən istifadə edərək, hərbi kəşfiyyat əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib. "Biz, kəşfiyyatçılar, Vətənimizə sonsuz sədaqətlə xidmət etmişik. Bu gün Vətənimiz erməni dövlətinin itirilməsinə gətirib çıxara biləcək ciddi sarsıntılarla üz-üzədir. Mən sadəcə kənarda dayanıb izləyə bilməzdim. Biz həmişə Vətənimiz naminə çalışmışıq, xidmət etmişik və səy göstərmişik. Biz düşmən mühitində – kəşfiyyatçının tamamilə düşmənlərlə əhatə olunmuş, yad bir mühitdə fəaliyyət göstərməsi üçün təlim keçmişik. Hesab edirəm ki, bu gün Ermənistandakı vəziyyət məhz belədir. Bu düşmənlər polisə, istintaq komitələrinə, prokurorluğa və Konstitusiya Məhkəməsinə nəzarət edirlər – onlar hər şeyə nəzarət edirlər", – deyə keçmiş nazir bildirib. "Əminəm ki, bu hökuməti dinc, demokratik yollarla dəyişmək qeyri-mümkündür - hər nə qədər bunun əksini istəsəm də. Ermənistanın Xüsusi Təyinatlı Qüvvələrinin bütün zabitlərini - bütün kəşfiyyat əməkdaşlarını, istər keçmiş, istərsə də hazırda xidmətdə olanları - bu rejimi devirmək planımızda bizə qoşulmağa çağırıram. Bu hökumət sadəcə hakimiyyətdən uzaqlaşdırılmamalı, həm də məsuliyyətə cəlb olunmalıdır! Buna görə də, imkanı olan hər kəsdən - özünü kəşfiyyatçı hesab edən hər kəsdən - bizə qoşulmağı xahiş və tələb edirəm." Mən bütün Ermənistan Silahlı Qüvvələrinə müraciət etmək istəyirəm - və "Silahlı Qüvvələr" dedikdə, yalnız Müdafiə Nazirliyini deyil, hərbi forma geyinən hər kəsi nəzərdə tuturam: bu xainlərə xidmət etməyə son qoyun. Bu insanlar xaindirlər. Siz and içmisiniz. Dünən bir sıra siyasi partiyalar birləşdilər. Mən də bu siyasi partiyalara qoşuluram", - deyə Arşak Karapetyan vurğulayıb. Alparslan Editor
KTMT Baş katibinin sözlərinə görə, Rusiya təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana münasibətdə tətbiq edilməsi barədə qərar layihəsi təqdim edib. Bu maddə üzv dövlətin səsvermə hüququnun ləğv edilməsi ehtimalını da özündə ehtiva edir. KTMT Baş katibi Taalatbek Masadıkov bildirib ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana qarşı tətbiq edilməsi məsələsini nəzərdən keçirə bilər. Bu tədbir, üzv dövlətin üzvlük haqlarını ödəməməsi səbəbindən onun səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutur. Masadıkovun sözlərinə görə, Rusiya Ermənistana münasibətdə qeyd olunan maddənin tətbiqi ilə bağlı qərar layihəsi təqdim edib. TASS agentliyinin məlumatına görə, KTMT-nin Baş katibi Avrasiya Təhlükəsizliyi üzrə 4-cü Minsk Beynəlxalq Konfransında bildirib ki, əgər gündəlik ayın 10-da təsdiqlənərsə, bu məsələ Kollektiv Təhlükəsizlik Şurasında müzakirə olunacaq. O qeyd edib ki, Şuranın qərarı iclasdan sonra açıqlanacaq. Masadıkov qeyd etdi ki, təşəbbüs Ermənistanın üzvlük haqları, eləcə də onun təşkilatın fəaliyyətində iştirak etməməsi ilə bağlıdır. KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, əgər üzv dövlət təşkilatın büdcəsinə olan borclarını ödəmək öhdəliyini iki il müddətində yerinə yetirməzsə, Şura həmin dövlətin öz vətəndaşlarını kvota əsaslı vəzifələrə irəli sürmək hüququnun dayandırılması, həmçinin borclar tam ödənilənə qədər KTMT orqanlarında səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Ermənistanın mövqeyi Ermənistan KTMT-nin rəsmi üzvü olaraq qalır, lakin onun təşkilatın fəaliyyətində iştirakı dondurulub. Oktyabrın 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, İrəvan KTMT ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil və təşkilatın fəaliyyətində iştirakını bərpa etmək imkanı görmür. Xatırladırıq ki, 2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-dəki iştirakını dondurduğunu elan etmişdi. O, bunu təşkilatın Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməməsi (Qarabağ münaqişəsi zamanı "lazımi reaksiyanın verilməməsi") ilə izah etmişdi. Qeyd edək ki, KTMT ölkələri Qarabağda baş verənləri Azərbaycanın daxili işi hesab edərək 44 günlük müharibə zamanı İrəvanın kömək müraciətlərinə rədd cavabı vermişdi. Alparslan Jalə Davud
Məhkəmə vəsatəti diqqətlə nəzərdən keçirməyə xeyli vaxt sərf etdi. Demokrat.az xəbər verir ki, bu barədə bu gün, noyabrın 5-də vəkil Arman Feroyan məhkəmə binasının qarşısında jurnalistlərə açıqlamasında bildirib. O, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın bir ay müddətinə həbs edilməsi barədə məhkəmə qərarını şərh edərkən belə deyib. Bildirilib ki, hazırda Samvel Karapetyana qarşı iki məhdudlaşdırıcı tədbir tətbiq olunub: ev dustaqlığı və bir aylıq həbs. Onun vəkilləri bildiriblər ki, onun həbs edilməsi barədə qərardan mütləq şəkildə appelyasiya şikayəti verəcəklər. Daha əvvəl xəbər verildiyi kimi, bu səhər məhkəmə "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın bir ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. İş hakim Levon Petrosyana həvalə olunub və məhkəmə iclası bütün gecə davam edib. Bundan əvvəl, dünən səhər saatlarından etibarən İstintaq Komitəsinin müstəntiqləri "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın və Milli Məclisdəki "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyanın yaşadıqları ünvanlarda axtarışlar aparıblar. Bununla əlaqədar İstintaq Komitəsi (İK) bildirmişdi ki ittiham olunan şəxslərə aid bütün obyektlərdə axatarış aparılır. "Ermənistan Respublikası İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılığın İstintaqı Baş İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində 65 ünvanda eyni vaxtda axtarışlar həyata keçirilib", - deyə İK-nın mətbuat xidməti bildirib. Daha sonra İK bəyanat yayaraq, "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə 64,5 milyard dram məbləğində ziyan dəydiyini açıqladı. " Samvel Karapetyan və digər 35 nəfərə qarşı cinayət təqibi başlanılıb və onların hamısı saxlanılıb", - qurumdan verilən məlumatda belə deyilir. Alparslan Jalə Davud
Zəngəzurun Şəki kəndində baş verən hadisə ilə əlaqədar saxlanılan azərbaycanlı hərbçi dindirilib və ifadə verərək, izlədiyi marşrutu, eləcə də hadisənin təfərrüatlarını açıqlayıb. Faktların qiymətləndirilməsinə əsasən, onun qətl törətmək niyyəti olmayıb. Demokrat.az xəbər verir ki, bu sözləri Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan jurnalistlərə açıqlamasında deyib. Poqosyan ilkin istintaqın məxfiliyinin qorunması zərurətini əsas gətirərək, ifadənin təfərrüatlarını açıqlamaqdan imtina edib. "O, dindirilib və ifadə verib. Dindirilmənin məzmununu açıqlaya bilmərəm. Lakin onu qeyd edə bilərəm ki, o, həqiqətən də ifadə verib; hadisə yerini, baş verən hadisəni, ərazini və ora necə gəldiyini dəqiqləşdirib – hər şeyi ətraflı şəkildə əhatə edib", – deyə İstintaq Komitəsinin sədri bildirib. Bir jurnalistin insidentin səbəbləri ilə bağlı sualına isə Poqosyan belə cavab verib: "Deyə biləcəyim tək şey odur ki, onun heç kəsi öldürmək niyyəti olamyıb" İstintaq Komitəsinin sədri vurğulayıb ki, onun bu fikirləri hadisənin faktiki hallarına əsaslanır. Alparslan Nuray Paşşanlı