Krım müharibəsi (1853–1856) dövründə, Abraham-Solomon Kamondonun rəhbərlik etdiyi "I. Camondo & Cie" bank evi Osmanlı İmperiyası üçün əsas maliyyə dayağı və kreditor rolunu oynayırdı.
Qara dənizdə iki nəhəg imperiyanın münaqişəsinin başlanğıcında Osmanlının öz mərkəzi bankı yox idi. Nəticədə hökumət (Bab-ı Ali) Rusiyaya qarşı müharibə aparmaq üçün təcili vəsaitə ehtiyac duyurdu. Başqa çıxış yolu olmadığından Kamondo ailəsi Osmanlı ordusunun təchizatında mühüm vəzifələri öz üzərinə götürdü. Buna görə də sonralar ailə "Şərqin Rotşildləri" ləqəbini qazanmışdı.
Türk hərb tarixçilərinə görə, Almaniya və Britaniya kəşfiyyat xidmətləri Türkiyə ilə Rusiya arasında yeni müharibə yaratmaq və ona daha da qızışdırmaq üçün böyük bir plan hazırlamışdılar. Üzərində türk bayrağı qaldırmış bir neçə alman hərbi gəmisi Qara dənizdə Rusiya donanmasına hücum etmiş və bu hadisə münaqişənin birbaşa başlama səbəbi olmuşdu.
Münaqişənin davam etdiyi sonrakı üç il ərzində Osmanlı imperiyasının ordusunun təchizatı Kamondoların kreditləri hesabına həyata keçirilmişdi.
Kamondo ailəsi İstanbulda yaşamış sefard yəhudisi olan bankirlər ailəsi idi. İstanbulun modernləşdirilməsinə mühüm töhfələr vermiş Kamondo ailəsi İspan inkvizisiyasından qaçaraq əvvəlcə Venesiyaya, oradan İstanbula, daha sonra isə Parisə köçmüşdü. Kamondolar İkinci Dünya Müharibəsi dövründə nasist konsentrasiya düşərgələrində nəsillərinin son üzvlərini də itirərək tarixə qarışdılar.
Ailənin görkəmli üzvü olan və tez-tez "Şərqin Rotşildləri" adlandırılan Abraham Salomon de Kamondo şəhər həyatının modernləşdirilməsində qabaqcıl rol oynamışdır. O, müasir bankçılığın banilərindən biri olmaqla yanaşı, İstanbulun ilk bələdiyyə idarəsinin qurulmasında, şəhər infrastrukturunun müasirləşdirilməsində və yeni, müasir təhsil müəssisələrinin yaradılmasında mühüm rol oynamış; həmçinin şəhərsalma, memarlıq və mədəniyyət sahələrində irimiqyaslı investisiyalara rəhbərlik etmişdir. Ailə və sosial sahibkar kimi fəaliyyət göstərən Abraham Salomon de Kamondo, 19-cu əsrdə İstanbulun Avropa şəhərləri ilə bölüşdüyü dəyərlərin və təsisatların inkişafında əhəmiyyətli paya sahib olmuşdular.
Yəhudi icmasının liderlərindən biri olan Abraham Salomon de Kamondo, şəhərin ilk bələdiyyə idarəsi olan 6-cı Bələdiyyə Dairəsinin (Altıncı Daire-i Belediye) yaradılmasında da rol oynamışdır. 1870–1880-ci illər arasında Bankalar küçəsində məşhur Kamondo pilləkənlərinin tikintisinə sifariş verən bu görkəmli bankir vəfat etdikdən sonra, əvvəlcədən Hasköydə tikilməsini tapşırdığı məqbərədə dövlət səviyyəsində təşkil olunmuş dəfn mərasimi ilə torpağa tapşırılmışdır. İstanbulun inkişafına və müasirləşməsinə mühüm töhfələr vermiş Kamondo ailəsinin şərəfinə, Türkiyə Baş Rəbbinliyinin nümayəndələrinin də iştirak etdiyi mərasimdə, Karaköydəki Bankalar küçəsində yerləşən həmin pilləkənlərə xatirə lövhəsi vurulmuşdur.
Onların ən diqqətçəkən fəaliyyətləri kimi 1815-ci ildə "İshak Kamondo və Şərikləri" (İshak Kamondo & Ko) bankının təsis edilməsini göstərmək olar. Məhz bu bank Krım müharibəsi dövründə Osmanlı İmperiyasına müharibəni davam etdirmək üçün maliyyə kreditləri verib. Bundan əlavə, onlar 6-cı Bələdiyyə Dairəsinin qurulmasındakı töhfələri ilə yanaşı, "Şirket-i Hayriyye" (Boğaziçi bərə şirkəti) və "Dersaadet" Tramvay Şirkətində də pay sahibi olmuşlar.
Kamondo ailəsi Osmanlı modernləşməsində iz qoyan çoxsaylı tikililərin tikintisini də sifariş verib. Görkəmli nümunələr arasında Kasımpaşadakı Şimal Dəniz Bölgəsi Komandanlığı, Qalata İqamətgahı, Serdar-ı Əkrəm küçəsindəki Kamondo Han, Məşrutiyyət küçəsindəki Büyükada Hanı, həmçinin Karaköydəki Saatçi Han, Lətif Han, Lacivert Han, Yakut Xan, Kuyumcular Xan, Lüleci Han, Gül Han və Kamondo Bankalar küçəsindəki pilləkənləri göstərmək olar.
Kamondo ailəsi Avropada siyasi və mədəni institutların qurulması və inkişafında da böyük rol oynayıb.
Kamondo ailəsinin mədəniyyət və incəsənət sahəsindəki töhfələri onlar Parisdə məskunlaşdıqdan sonra da davam etdi. Diqqətəlayiq təşəbbüslər sırasına Şanz-Elizedə milli teatrın təsis edilməsi, Luvr Muzeyinə impressionist rəsm əsərləri kolleksiyasının hədiyyə olunması və XVIII əsrə aid sənət əsərlərini özündə birləşdirən Nissim de Kamondo Muzeyinin yaradılması daxildir. Ailənin təsir dairəsinin daha bir sübutu kimi, onların İtaliyanın birləşdirilməsi prosesinə göstərdikləri dəstəyi, eləcə də "qraf" titulunu əldə etmələrini qeyd etmək olar.
Kamondo ailəsinin əsas üzvləri:

- Abraham Salomon Kamondo (1781–1873), bankir və xeyriyyəçi
- Salomon Rafael Kamondo (1810–1866), bankir və Abraham Salomon Kamondonun oğlu
- Abraham Behor Kamondo (1829–1889), bankir və Salomon Rafael Kamondonun oğlu
- Nissim Kamondo (1830–1889), bankir və Salomon Rafael Kamondonun oğlu
- İsaak de Kamondo (1851–1911), bankir, diplomat, bəstəkar və kolleksiyaçı; Abraham Behor Kamondonun oğlu
- Moise de Camondo (1860–1935), bankir və kolleksiyaçı; Nissim Kamondonun oğlu və Nissim de Camondonun atası
- Nissim de Camondo (1892–1917), bankir və Birinci Dünya Müharibəsi dövründə pilot; Moïse de Camondonun oğlu
- Béatrice de Camondo (1894–1945), Moïse de Camondonun qızı
- Fanny de Camondo (1920–1943), Béatrice de Camondonun qızı
- Bertrand de Camondo (1923–1944), Béatrice de Camondonun oğlu
Alparslan


