YapiKredi Müraciət Forması
Dünya Özəl

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır - 150 şirkət və 50 bank hədəfdə

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır - 150 şirkət və 50 bank hədəfdə

Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiya paketini təsdiqləməyə hazırlaşır. Yeni məhdudiyyətlərin Rusiya iqtisadiyyatının müxtəlif sahələrini, o cümlədən 150 müəssisə və 50 bankı əhatə edəcəyi gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə Fransanın Avropa işləri üzrə naziri Benjamin Haddad "Reuters"ə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulan qurumların əksəriyyəti ilə bağlı təkliflər Fransa tərəfindən irəli sürülüb. Məhdudiyyətlərin bank və digər təşkilatlarla yanaşı, Rusiyanın təxminən 150 müəssisəsinə də şamil olunması planlaşdırılır.

Benjamin Haddad vurğulayıb ki, Avropa İttifaqı Rusiyaya iqtisadi təzyiq göstərmək siyasətini davam etdirəcək.

O, həmçinin Ukraynaya dəstəyin bundan sonra da davam etdiriləcəyini qeyd edib.