YapiKredi Müraciət Forması
İdman

AFFA-nın keçirdiyi liqada biabırçılıq - VİDEO

AFFA-nın keçirdiyi liqada biabırçılıq - VİDEO

AFFA U-15 liqasında keçirilən "Araz Bakı" – İCBFA oyunu biabırçılıqla yadda qalıb.

Ötən gün baş tutan matçın keçirildiyi meydançanı yağışdan sonra su basıb.

Topun hərəkət etməməsinə baxmayaraq hakim qarşılaşmanı davam etdirib. Ev sahibi komanda 2:1 hesablı qələbəyə sevinib.

Lakin qarşılaşmanın bu durumda keçirilməsi böyük müzakirə yaradıb. Ot örtüyünün bərbad olması ilə yanaşı su basmış meydançada matçın keçirilməsi etiraza səbəb olub. (Qafqazinfo)