Türkiyənin "Trabzonspor" klubu qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün İngiltərə Premyer Liqasına üz tutub. Qaradəniz təmsilçisinin hədəfində Ukrayna millisinin üzvü Yeqor Yarmolyuk var.
Demokrat.az xəbər verir ki, "Trabzonspor" İngiltərənin "Brentford" klubunda çıxış edən 22 yaşlı futbolçunu transfer etmək üçün yaxından izləyir.
Məlumata görə, Yarmolyukun ikitərəfli oyun bacarığı və meydanın hər iki istiqamətində faydalı olması Türkiyə klubunun məşqçilər korpusunun diqqətini çəkib. Lakin futbolçunun transferi heç də asan görünmür. Almaniyanın "Transfermarkt" portalı onun bazar dəyərini 32 milyon avro qiymətləndirir.
"Trabzonspor"un bu keçiddə müəyyən üstünlüyə malik olduğu bildirilir. Belə ki, Yarmolyukun hüquqlarını təmsil edən menecer daha əvvəl klubun futbolçuları Arsen Batakov, Ruslan Malinovski və yayda komandadan ayrılan Aleksandr Zubkovla da əməkdaşlıq edib.
Qeyd edək ki, ukraynalı yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyunda meydana çıxıb. O, 375 dəqiqə ərzində 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


