YapiKredi Müraciət Forması
İdman Özəl

"Qalatasaray" əzəli rəqibinin futbolçusunu transfer etmək istəyir

Qalatasaray əzəli rəqibinin futbolçusunu transfer etmək istəyir

Türkiyənin "Qalatasaray" klubu transfer bazarında diqqətçəkən addım atmağa hazırlaşır. İstanbul təmsilçisi əzəli rəqibi "Fənərbağça"nın müdafiəçisi Mert Müldürü heyətinə qatmaqda maraqlıdır.

Demokrat.az xəbər verir ki, bu barədə tanınmış insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Məlumata görə, "sarı-qırmızılılar" 27 yaşlı futbolçunun "Fənərbağça"dakı gələcəyi ilə bağlı vəziyyəti yaxından izləyir. Əgər İstanbul klubunun rəhbərliyi müdafiəçi ilə müqaviləni yeniləməsə, "Qalatasaray" mövsümün sonunda onun transferi üçün rəsmi addım ata bilər.

Qeyd edək ki, Mert Müldürün "Fənərbağça" ilə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır. Türkiyə millisinin üzvü indiyədək İstanbul klubunun formasında 127 oyuna çıxıb, 5 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.