YapiKredi Müraciət Forması
Kriminal Özəl

Bakıda qadın 71 yaşlı ərini polisə verdi — Səbəb

Bakıda qadın 71 yaşlı ərini polisə verdi — Səbəb

Bakının Yasamal rayonunda 71 yaşlı kişi arvadına xəsarət yetirməkdə ittiham edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 27-də baş verib.

Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Abbas yaşadığı mənzildə səhər saat 08:00 radələrində arvadı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, Abbas şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı sağ əli ilə arvadının sol üz nahiyəsinə bir dəfə zərbə vurub. Nəticədə Südabəyə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Faktla bağlı Abbas barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini bildirib.

Məhkəmə iclasında zərərçəkmiş Südabə də təqsirləndirilən şəxsin dediklərini təsdiqləyib. O, əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Abbas cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor