YapiKredi Müraciət Forması
Kriminal Özəl

Yasamalda kobud danışığı ona baha başa gəldi — Detallar

Yasamalda kobud danışığı ona baha başa gəldi — Detallar

Bakının Yasamal rayonunda iki nəfər arasında baş verən mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, D.Bünyadzadə küçəsi 18-in qarşısında yerləşən keçmiş meyvə-tərəvəz iaşə obyektinin sol tərəfində baş verib.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Amil həmin ərazidə tanışı Vüsalla (adlar şərtidir – red.) mübahisə edib. Mübahisəyə Amilin Vüsalla kobud danışması səbəb olub.


"Rəvan dedi ki, açıq-saçıq şəkillərini at, mən də göndərdim" - Qarajdakı hadisənin detalları
Bakıda qadın ərini dişlədi, kişi də onu polisə verdi
"Arxa oturacaqda əxlaqsızlıq edərkən gördüm ki, iki nəfər əllərində telefonla maşına yaxınlaşırlar"


İstintaq sənədlərinə görə, şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı Amil əsəbiləşərək Vüsalın üz nahiyəsinə sol əlinin arxası ilə qəsdən zərbə vurub. Nəticədə ona xəsarətlər yetirib.

Amil barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Amil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və onunla barışdığını bildirib.

Zərərçəkmiş Vüsal da ifadəsində təqsirləndirilən şəxsin dediklərini təsdiqləyib. O, Amillə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Amil cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor