YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Kaybolan Yıllar"ın aktyorunun ikinci işi təəccüb doğurur — FOTOLAR

Kaybolan Yılların aktyorunun ikinci işi təəccüb doğurur — FOTOLAR

Bir vaxtlar Türkiyənin məşhur seriallarında canlandırdığı obrazlarla tamaşaçıların rəğbətini qazanan aktyor Burak Hakkının hazırkı fəaliyyəti diqqət çəkib.

Demokrat.Az "Hürriyet"ə istinadən xəbər verir ki, "Kaybolan Yıllar" serialında Ali obrazını canlandıran aktyor illər əvvəl İstanbuldan Çanaqqalaya köçərək kənd təsərrüfatı ilə məşğul olmağa başlayıb.

"Dudaktan Kalbe", "Yer Gök Aşk" və "Gurbet Kadını" kimi ekran işlərində də rol alan Burak Hakkı hazırda qoz yetişdirilməsi ilə məşğuldur. Onun təsərrüfatında 800-1000-ə yaxın qoz ağacı var. Aktyor bu işdə anasının da köməyindən yararlanır.

Hakkının sözlərinə görə, ağacların məhsuldarlığı onların yaşından və qulluq şəraitindən asılıdır. Düzgün qulluq edilən bir qoz ağacından 50 kiloqrama qədər məhsul əldə etmək mümkündür.

Aktyorluq fəaliyyətini də davam etdirməyi planlaşdıran sənətçi yeni layihələrə hazırlaşır. O, rol seçimində obrazın özündən daha çox layihənin ümumi keyfiyyətinə və tamaşaçıların marağına diqqət yetirdiyini bildirib.

1 / 6