Müğənni Vəfa Şərifova şəxsi həyatı ilə bağlı paylaşımı ilə yenidən sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Demokrat.az xəbər verir ki, ifaçı sevgilisinin doğum günü münasibətilə onunla birlikdə çəkilmiş görüntüləri paylaşıb. Şərifova paylaşımına ürək emojiləri əlavə edərək qısa şəkildə "Ad günün mübarək" sözlərini yazıb.
Sosial şəbəkə izləyiciləri də müğənninin paylaşımına biganə qalmayıblar. Rəylərdə onun sevgilisinə ünvanlanan "Yeznə, ad günün mübarək!" kimi təbriklər yer alıb. Vəfa Şərifova isə gələn şərhlərə ürək və təşəkkür emojiləri ilə cavab verib.
Görüntülərdə diqqət çəkən məqam isə müğənninin sevgilisinin üzünün görünməməsi olub. Kadrlarda onun yalnız qolu əks olunub.


