Türkiyənin tanınmış müğənnilərinin 2027-ci ili qarşılamaq üçün alacaqları səhnə qonorarları bəlli olub. Gülşen, Hadisə, Ebru Gündeş, Kenan Doğulu və digər məşhurların Yeni il proqramlarından əldə edəcəkləri məbləğlər diqqət çəkib.
Demokrat.az xəbər verir ki, "Posta" nəşrinin yaydığı məlumata əsasən, bu il Yeni il gecəsi üçün ən yüksək qonorar iki sənətçiyə təklif olunub.
Siyahıya görə, Ebru Gündeş və Kenan Doğulu 25 milyon Türkiyə lirəsi ilə ilk sırada yer alıblar.
Hadisə və Yıldız Tilbe isə hər biri 22 milyon 600 min lirə qonorar alacaq. Gülşen, Hande Yener və Edisin Yeni il gecəsi üçün səhnəyə çıxmaq müqabilində 20 milyon lirə əldə edəcəyi bildirilir.
Digər sənətçilərin qonorarları isə belədir:
- Bülent Ersoy – 15 milyon lirə
- Özcan Deniz – 15 milyon lirə
- Sibel Can – 15 milyon lirə
- Funda Arar – 12 milyon 500 min lirə
Beləliklə, Yeni il gecəsinin ən bahalı səhnə çıxışları Ebru Gündeş və Kenan Doğulunun adı ilə bağlıdır.
Qeyd edək ki, açıqlanan məbləğlər Türkiyə mətbuatında yayılan məlumatlara əsaslanır.


