YapiKredi Müraciət Forması
İdman Özəl

"Fənərbağça"nın ilk transfer hədəfi Argentinadan gəlir

Fənərbağçanın ilk transfer hədəfi Argentinadan gəlir

"Fənərbağça"nın baş məşqçisi Emre Belözoğlu qış transfer pəncərəsində ilk gücləndirməni yarımmüdafiə xəttinə etməyi planlaşdırır. İstanbul təmsilçisi bu mövqeyə Cənubi Amerikadan futbolçu gətirmək niyyətindədir.

Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul klubu "Boka Xuniors"un gənc yarımmüdafiəçisi Milton Delqadonun xidmətində maraqlıdır.

21 yaşlı argentinalı futbolçu bu mövsüm çıxışı ilə diqqət çəkib. "Boka Xuniors"un yetirməsi olan Delqado komandanın heyətində 45 rəsmi matçda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Argentina U-20 millisinin də üzvü olan gənc oyunçuya Avropanın digər klubları da maraq göstərir. İngiltərənin "Aston Villa" komandası da bir müddətdir futbolçunun çıxışını izləyir.

Məlumata görə, Birmingem təmsilçisi yarımmüdafiəçisi Boubakar Kamaranın mümkün ayrılığına hazırlaşır. Bu səbəbdən klubun yanvar transfer pəncərəsində Delqadonun transferi üçün addım ata biləcəyi bildirilir.

Kamara ilə "Çelsi", "İnter" və "Əl-Hilal" klublarının maraqlandığı qeyd olunur. Beləliklə, "Fənərbağça" argentinalı futbolçunun transferi uğrunda İngiltərə təmsilçisi ilə rəqabət aparmalı ola bilər.

Qeyd edək ki, İstanbul klubu daha əvvəl Braziliya futbolunun nümayəndələri Danilo və Andre ilə də maraqlanıb.