YapiKredi Müraciət Forması
Sosial

"Aztelekom"a yeni departament müdiri təyin olunub

Aztelekoma yeni departament müdiri təyin olunub

"Aztelekom" MMC-də yeni kadr təyinatı olub.

Demokrat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı "Aztelekom" MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nizami Mazqarov "Aztelekom" MMC-də Daxili nəzarət və risklərin idarə edilməsi departamentinin müdiri vəzifəsinə təyin olunub.

O, 2024-cü ilin noyabrından yeni təyinatadək "Aztelekom"da Daxili audit departamentinin Şikayətlər və hesabatlılıq bölməsinin rəhbəri vəzifəsində çalışıb.