YapiKredi Müraciət Forması
Maraqlı

Bəy bu hərəkətinə görə öz toyunda saxlanıldı — VİDEO

Bəy bu hərəkətinə görə öz toyunda saxlanıldı — VİDEO

İordan çayının qərb sahilində yerləşən Hebron şəhərində toy mərasimi zamanı dəvəyə spirtli içki içirtməyə çalışan bəy və üç qonağı polis tərəfindən saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə İsrailin "Yediot Ahronot" nəşri məlumat yayıb.

Hadisə toy mərasimində çəkilən və sosial şəbəkələrdə yayılan video görüntülərdən sonra üzə çıxıb. Kadrlarda kişilərdən birinin dəvənin ağzına enerji içkisi tökdüyü, heyvanın isə mayeni qəbul etmək istəməyərək geri qaytarmağa çalışdığı görünür. Bu zaman digər şəxsin dəvəni çubuqla vurduğu qeydə alınıb.

Görüntülər sosial şəbəkə istifadəçilərinin, xüsusilə dəvəni öz mədəni və tayfa kimliklərinin rəmzi hesab edən Negev səhrası bədəvilərinin və fələstinlilərin etirazına səbəb olub.

Polis hadisə ilə əlaqədar 26 və 27 yaşlı iki qardaşı, eləcə də 53 və 59 yaşlı iki şəxsi saxlayıb. Dörd nəfər ifadə vermək üçün polis bölməsinə aparılıb.

Qeyd edək ki, bu, heyvanlara qarşı bu cür davranışla bağlı ilk hadisə deyil. 2018-ci ildə ABŞ-da iki nəfər gənc timsahı tutaraq ona pivə içirdikdən sonra su hövzəsinə buraxdıqları üçün heyvanlarla qəddar rəftarda ittiham olunmuşdu.

Editor
Redaktor