YapiKredi Müraciət Forması
Avto

Texniki baxış nə qədər xərc tutur?

Texniki baxış nə qədər xərc tutur?

Azərbaycanda avtomobil sahiblərinin texniki baxış zamanı ödədiyi ümumi məbləğ nəqliyyat vasitəsinin istehsal ilindən asılı olaraq dəyişir. Xərclər sabit dövlət rüsumu və avtomobilin yaşına uyğun hesablanan utilizasiya haqqından formalaşır.

Demokrat.az bildirir ki, mövcud qaydalara əsasən, minik avtomobilləri üçün texniki baxışın sabit dövlət rüsumu 30 manat təşkil edir. Motonəqliyyat vasitələri, traktorlar və qoşqular üçün isə bu rüsum 15 manat müəyyən edilib.

Dövlət rüsumu ilə yanaşı, sürücülər avtomobilin istehsal tarixindən keçən müddətə görə əlavə utilizasiya haqqı ödəyirlər. İstehsal ilindən 4 il keçməmiş minik avtomobilləri texniki baxışa cəlb olunmur. Yaşı 4 ildən 10 ilədək olan avtomobillər üçün 10 manat, 10 ildən 20 ilədək olanlar üçün isə 20 manat utilizasiya haqqı tələb olunur. İstehsal tarixi 20 ildən 30 ilədək olan nəqliyyat vasitələri 30 manat, 30 ildən köhnə avtomobillər isə 40 manat əlavə ödəniş etməlidirlər.

Beləliklə, avtomobilin yaşından asılı olaraq texniki baxışın ümumi rəsmi xərci 40 manatla 70 manat arasında dəyişir. Qanunvericiliyə əsasən, nəqliyyat vasitəsini vaxtında texniki baxışdan keçirmədən idarə edən sürücülər 50 manat məbləğində cərimələnirlər.

Bəxtiyar Umarlı
Managing Editor