YapiKredi Müraciət Forması
Özəl Region

Ərdoğan Pezeşkianla görüşdü - FOTOLAR

Ərdoğan Pezeşkianla görüşdü - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində ölkədə səfərdə olan bir sıra dövlət başçıları ilə görüşlər keçirib.

Demokrat.az xəbər verir ki, Ərdoğan ilk olaraq İran Prezidenti Məsud Pezeşkianla bir araya gəlib.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, görüşdə iki ölkə arasındakı münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan İranla ABŞ arasında davam edən qarşıdurmanın mümkün qədər tez başa çatmasının və davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayıb. O, regionda sabitliyin bərqərar olması üçün diplomatiyaya imkan verilməli olduğunu bildirib.

Türkiyə prezidenti vaxt itirmədən danışıqlar masasının qurulmasının əhəmiyyətinə diqqət çəkərək, Ankaranın sülhə yönəlmiş səylərini regiondakı dost və qardaş ölkələrlə birlikdə davam etdirəcəyini qeyd edib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Ömər Çelik, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər.

Ərdoğan COP31 Liderlər Zirvəsi çərçivəsində Konqo Demokratik Respublikasının Prezidenti Feliks Antuan Çisekedi ilə də görüşüb.

Həmin görüşdə Hakan Fidan, Ömər Çelik və İbrahim Kalın da iştirak ediblər. Görüşün detalları ilə bağlı isə əlavə məlumat verilməyib.

Ərdoğan Pezeşkianla görüşdü - FOTOLAR