Prezident Ərdoğanla çox konstruktiv görüşümüz oldu və dialoqumuz çox müsbətdir. Münasibətlərimizin daha da inkişaf etməsini səbirsizliklə gözləyirik.
Demokrat.az-ın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə Antalyada türk jurnalistin sualını cavablandırarkən bildirib.
"İndi biz ölkələrimiz arasındakı dəmir yolunu bərpa edib açmalıyıq və bu istiqamətdə iş aparırıq", – deyə Paşinyan, regional əlaqələr kontekstində iki ölkə arasındakı tərəfdaşlığa əhəmiyyət verib-vermədiyi barədə suala cavab olaraq qeyd edib.


