YapiKredi Müraciət Forması
Region Özəl

Ermənistan parlamenti TRIPP-lə bağlı qanunvericilik paketini təsdiqlədi

Ermənistan parlamenti TRIPP-lə bağlı qanunvericilik paketini təsdiqlədi

Ermənistan parlamenti müxalifətin iştirak etmədiyi iclasda, cəmi bir neçə dəqiqə ərzində TRIPP-lə bağlı qanunvericilik paketini birinci oxunuşda təsdiqlədi.

Demokrat.az-ın məlumatına görə, noyabrın 12-də Ermənistan parlamentinin növbədənkənar iclasında erməni deputatlar "Səhmdar cəmiyyətlər haqqında" qanuna əlavələrin, eləcə də əlaqəli qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihələri paketini yekdilliklə, birinci oxunuşda qəbul ediblər.

Qanunvericilik təşəbbüsü 64 deputat tərəfindən yekdilliklə dəstəklənib.

Qeyd etmək lazımdır ki, "Güclü Ermənistan" və "Ermənistan" blokları ilə təmsil olunan parlament müxalifəti iclasda və ya səsvermədə iştirak etməyib.

Alparslan