Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri zamanı çəkdiyi video sosial şəbəkələrdə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, Paşinyan şəxsi "Facebook" hesabında "Əşyalarımı yığıram" başlığı ilə paylaşdığı görüntülərdə hoteldən çıxmağa hazırlaşdığı anları əks etdirib.
Videoda Ermənistan hökumət başçısının şəxsi əşyalarını çamadana yerləşdirdiyi, daha sonra isə masanın üzərindəki bananı götürərək cibinə qoyduğu görünür. Həmin kadrlar sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Qeyd edək ki, Nikol Paşinyan noyabrın 11-də Türkiyənin Antalya şəhərinə səfər edib. O, COP31 çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edib. Səfər zamanı Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkianla da görüşlər keçirib.


