YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Noyabrın sonunadək həyatında ciddi dəyişikliklər olacaq 4 bürc

Noyabrın sonunadək həyatında ciddi dəyişikliklər olacaq 4 bürc

2026-cı ilin noyabr ayı dörd bürcün nümayəndəsi üçün həyatında yeni mərhələnin başlanğıcı ola bilər. Astroloji proqnoza görə, onlar köhnə vərdişlərdən və artıq özünü doğrultmayan yanaşmalardan imtina edərək gələcəkləri ilə bağlı mühüm qərarlar verə bilərlər. Bu dəyişikliklər şəxsi münasibətlərə, maliyyə vəziyyətinə və karyeraya təsir göstərə bilər.

Demokrat.az xəbər verir ki, "YourTango" nəşri astroloq Helena Hatorun şərhinə əsasən, noyabrın sonunadək həyatında dönüş yaşayacağı ehtimal edilən dörd bürcü açıqlayıb.

Astroloqun sözlərinə görə, bu dövr yalnız yeni imkanlar deyil, həm də keçmişdən qalan həll olunmamış məsələləri yenidən gündəmə gətirə bilər. Bəzi bürclər dəyişikliklərin nəticəsini görmək üçün səbirli olmalı və müəyyən çətinlikləri aşmalıdır.

Əqrəb

Noyabr Əqrəblərə uzun müddətdir narazı olduqları vəziyyətdən çıxmaq və həyatlarında yeni səhifə açmaq imkanı verə bilər. Bununla belə, dəyişiklik yolu asan olmayacaq. Noyabrın 13-dək Merkurinin və Veneranın retroqrad hərəkəti köhnə problemləri, yarımçıq qalmış məsələləri və münasibətlərdəki fikir ayrılıqlarını yenidən gündəmə gətirə bilər.

Digər tərəfdən, Veneranın Yupiterlə iki dəfə sekstil aspekt yaratması maliyyə və şəxsi münasibətlər sahəsində yeni fürsətlərin yaranması ilə əlaqələndirilir. Astroloq Əqrəblərə həyatlarında fayda verməyən vərdişlərdən və davranış modellərindən uzaqlaşmağı tövsiyə edir.

Dolça

Noyabrın 16-da Mars və Yupiterin Şir bürcündə birləşməsi Dolçaları həyat prioritetlərini yenidən nəzərdən keçirməyə sövq edə bilər. Astroloji şərhə görə, bu planetlərin birləşməsi xüsusilə uzun müddətdir dəyişməz qalan vəziyyətlərdə fərqli addımlar atmaq üçün stimul yaradacaq.

Helena Hator hesab edir ki, Dolçalar əvvəllər dəyişməz hesab etdikləri məsələlərə belə başqa prizmadan baxmalıdırlar. Şir bürcündə yerləşən Cənub Ay düyünü keçmişlə bağlı mövzuları da gündəmə gətirə bilər. Xüsusilə 2007-2009-cu illərdə yaşanan hadisələr və həmin dövrdə verilən qərarlar yenidən xatırlana bilər. Əsas məsələ əvvəlki səhvləri təkrarlamamaq və fərqli seçim etməkdir.

Buğa

Buğalar üçün noyabr bir qədər gərgin keçə bilər. Ailə daxilində, ev işlərində və yaxın insanlarla münasibətlərdə müəyyən problemlər yarana bilər. Lakin astroloji proqnoza əsasən, məhz bu çətinliklər onlara həyatlarında nəyin dəyişməli olduğunu anlamağa kömək edəcək.

Oktyabrdan etibarən davam edən Merkurinin və Veneranın retroqrad hərəkəti Buğalara yığılıb qalmış məsələləri nəzərdən keçirmək üçün vaxt verib. İndi isə düşüncələri konkret addımlara çevirmək dövrüdür. Marsın Şir bürcündə olması onların təşəbbüskarlığını artıra bilər. Bu dəyişikliklər həm şəxsi münasibətlərə, həm də peşəkar fəaliyyətə aid ola bilər.

Şir

Şirlər gələcək istiqamətlərini müəyyənləşdirmək üçün keçmiş təcrübələrinə nəzər salmalı olacaqlar. Cənub Ay düyününün bu bürcdə yerləşməsi köhnə vərdişləri, qərarları və yaşanmış hadisələri yenidən düşünmək ehtiyacı ilə əlaqələndirilir. Bu mərhələdə əsas məsələ nəyin gələcəkdə də əhəmiyyət daşıdığını, nələrdən isə imtina etməyin vaxtının çatdığını müəyyənləşdirməkdir.

Noyabrın 16-da Mars və Yupiterin Şirdə birləşməsi isə astroloji baxımdan böyük planlar və iddialı hədəflərlə əlaqələndirilir. Yupiter imkanların genişlənməsini, Mars isə hərəkətə keçmək enerjisini simvolizə edir. Buna görə də Şirlərə öz potensiallarını əvvəlcədən məhdudlaşdırmamaq və cəsarətli qərarlardan çəkinməmək tövsiyə olunur.