Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Həsənxan oğlu Azadov vəfat edib.
Demokrat.az xəbər verir ki, bu barədə UNEC-in yaydığı başsağlığı məlumatında bildirilib.
Qeyd olunub ki, həyatını elmə, təhsilə və gənc kadrların yetişdirilməsinə həsr edən Eldar Azadovun əziz xatirəsi UNEC kollektivinin qəlbində daim yaşayacaq. Elektronika məhsulları
Universitet rəhbərliyi və kollektivi mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib.



