YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Üç bürc üçün nadir fürsət yaranacaq - Onları xoş sürpriz gözləyir

Üç bürc üçün nadir fürsət yaranacaq - Onları xoş sürpriz gözləyir

Noyabrın 15-dək üç bürcün nümayəndələri üçün əlverişli imkanlar və müsbət dəyişikliklər gözlənilir. Uzun müddət qeyri-müəyyənlik yaşayan Əkizlər, Balıqlar və Dolçalar mühüm işlərdə irəliləyiş əldə edə, münasibətlərini qaydaya sala və yeni perspektivlər qazana bilərlər.

Demokrat.az xəbər verir ki, bu barədə "La Opinion" nəşrinin astroloji proqnozunda bildirilib.

Əkizlər

Əkizləri yeni ideyalar və enerji artımı gözləyir. Onlar qərarlarına daha çox güvənəcək və əvvəllər çətin hesab etdikləri işlərə başlamaq üçün cəsarət tapacaqlar.

Gözlənilməz söhbət və ya təklif perspektivli layihənin qapısını aça bilər. Noyabrın 13-də Merkurinin düz hərəkətə keçməsi anlaşılmazlıqların aradan qaldırılmasına, köhnə əlaqələrin bərpasına və uzun müddətdir cavabsız qalan sualların həllinə kömək edə bilər.

Astroloji proqnoza görə, Əkizlərin qarşısına çıxacaq fürsətlər faydalı tanışlıqlar və ünsiyyət vasitəsilə yarana bilər. Buna görə də yeni təklifləri dərhal rədd etməmək tövsiyə olunur.

Balıqlar

Balıqlar üçün durğunluq dövrü geridə qala bilər. Əvvəllər nəticə verməyən işlərin yenidən hərəkətə gələcəyi, yarımçıq qalmış planların davam etdiriləcəyi ehtimal olunur.

Noyabrın 13-də Merkurinin düz hərəkətə başlaması təhsil, səyahət və şəxsi inkişafla bağlı məsələlərə müsbət təsir göstərə bilər.

Həmçinin keçmişdən bir tanış yenidən əlaqə saxlaya, yarımçıq qalmış layihə gündəmə qayıda və ya əvvəllər alınmayan təklif daha sərfəli şərtlərlə yenidən təqdim oluna bilər.

Yaxın həftələrdə sevgi münasibətlərində, təhsil və şəxsi planların həyata keçirilməsində də xoş dəyişikliklər mümkündür.

Dolça

Dolçaları qarşıdakı dövrdə planlarına yenidən baxmaq və gələcək hədəflərini müəyyənləşdirmək zərurəti gözləyir. Onlar münasibətlərində və peşəkar fəaliyyətlərində hansı dəyişikliklərə ehtiyac duyduqlarını daha yaxşı anlayacaqlar.

Noyabrın 14-də Veneranın Tərəzi bürcündə düz hərəkətə keçməsi səyahət, təhsil və karyera sahəsində yeni imkanlar yarada bilər.

Maraqlarını bölüşən insanlarla tanışlıq, təsadüfi görüş və ya söhbət Dolçaları maraqlı layihəyə qoşulmağa həvəsləndirə bilər. Dekabrın əvvəlinədək münasibətləri möhkəmləndirmək, prioritetləri müəyyənləşdirmək və yeni mərhələyə hazırlaşmaq üçün əlverişli vaxt olacağı bildirilir.