YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Tamer Karadağlı və Arzu Balkanın 20 yaşlı qızının son görüntüləri diqqət çəkdi - FOTO

Tamer Karadağlı və Arzu Balkanın 20 yaşlı qızının son görüntüləri diqqət çəkdi - FOTO

Türkiyəli aktyor Tamer Karadağlı ilə aktrisa və səsləndirmə sənətçisi Arzu Balkanın qızı Zeyno Karadağlının yeni fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

2006-cı il iyulun 2-də dünyaya gələn Zeyno Karadağlı hazırda 20 yaşındadır. Onun uşaqlıq illərində atasının qucağında çəkilmiş fotolarını xatırlayan sosial şəbəkə istifadəçiləri gənc qızın illər ərzindəki dəyişimini diqqətə çatdırıblar.

İstifadəçilər arasında Zeynonun daha çox hansı valideyninə bənzədiyi ilə bağlı da müzakirələr başlayıb. Bəziləri onun üz cizgilərinin atasını xatırlatdığını, digərləri isə anası Arzu Balkanın eynisi olduğunu bildiriblər.

Zeyno Karadağlı təhsilini musiqi sahəsində davam etdirir. O, Hacettepe Universitetinin Ankara Dövlət Konservatoriyasının Musiqi və Səhnə Sənətləri Liseyini bitirib. Hazırda isə universitet səviyyəsində fortepiano təhsili alır.

Gənc musiqiçi ötən il Hacettepe Universitetində orkestrin müşayiəti ilə fortepiano konserti də verib. Onun çıxışı maraqla qarşılanıb. Anası Arzu Balkan həmin tədbirdə qızını tək qoymayıb.

Tamer Karadağlı da qızının uğurları ilə fəxr etdiyini bildirərək, onun çıxışını izləməyin valideyn kimi xüsusi qürur hissi yaşatdığını söyləyib.

Qeyd edək ki, Tamer Karadağlı və Arzu Balkan 2000-ci illərin əvvəllərində ailə qurublar. Cütlük 2007-ci ildə, qızları hələ bir yaşına çatmamış ayrılıb. Buna baxmayaraq, valideynlər Zeynonun böyüməsində birlikdə iştirak edib, bir-birlərinə yaxın evlərdə yaşamağa davam ediblər.

Tamer Karadağlı və Arzu Balkanın 20 yaşlı qızının son görüntüləri diqqət çəkdi - FOTO