YapiKredi Müraciət Forması
Sağlamlıq

Pivə içənlərə pis xəbər

Pivə içənlərə pis xəbər

Pivə və yüksək spirt tərkibli içkilər qaraciyərə qırmızı şərabla müqayisədə daha mənfi təsir göstərə bilər. Bəzi araşdırmalarda az miqdarda qırmızı şərab istifadəsinin qaraciyərə daha az zərərlə əlaqəli olduğu müəyyən edilib.

Demokrat.az xəbər verir ki, bu nəticəyə ABŞ-ın Vermont Universitetinin alimləri gəlib.

Tədqiqatın nəticələri "Nutrients" elmi jurnalında dərc olunub.

Alimlər müxtəlif spirtli içkilərin qaraciyər sağlamlığına təsirini araşdıran 74 elmi işi təhlil ediblər. Araşdırmaya həm insanlar üzərində aparılan tədqiqatlar, həm də heyvanlar üzərindəki eksperimentlər daxil edilib.

Nəticələr göstərib ki, tünd spirtli içkilər həm laboratoriya, həm də klinik araşdırmalarda qaraciyərə mənfi təsir göstərib. Pivə ilə bağlı tədqiqatlarda da əsasən mənfi nəticələr qeydə alınıb.

Qırmızı şərabla bağlı bəzi araşdırmalarda isə az miqdarda qəbulun qaraciyərin daha az zədələnməsi ilə əlaqəli olduğu müşahidə edilib. Bununla belə, alimlər fərqin yalnız içkinin növü ilə bağlı olmadığını, digər amillərin də nəticələrə təsir edə biləcəyini vurğulayıblar.

Tədqiqat müəllifləri qeyd ediblər ki, istənilən spirtli içkinin həddindən artıq qəbulu qaraciyərə zərər verir.

Editor
Redaktor