Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin oktyabr ayı ərzində ət və ət məhsulları 1,7%, yumurta 4,6%, tərəvəzlər isə 2,9% bahalaşıb.
Kərə və bitki yağları 0,1%, meyvələr isə 3,2% ucuzlaşıb.
Ümumilikdə cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti və filesi, dondurulmuş balıq, yumurta, armud, xurma, brokkoli, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, baş soğan, kartof və kakao tozunun qiymətləri bahalaşıb, yumru düyü, makaron məmulatları, təzə balıq, limon, naringi, banan, alma, kivi, nar, üzüm, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, balqabaq, göy lobya, süfrə çuğunduru, şəkər tozu və müxtəlif içli şokoladlı konfetlərin qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. (ölkə.az)



