"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmazın aktrisa və model Yeliz Yeşilçimene imzalı forma göndərməsi Türkiyə maqazin gündəmini qarışdırıb. Yeşilçimenin hədiyyəni sosial şəbəkədə paylaşması ikili arasında sevgi münasibəti olduğu barədə iddiaları gündəmə gətirib.
Demokrat.az xəbər verir ki, ötən ay model İrem Haznedarla sevgili olduğu deyilən Barış Alper Yılmaz bu dəfə başqa bir qadınla bağlı xəbərlərlə diqqət mərkəzinə düşüb.
Yeliz Yeşilçimen futbolçunun ona göndərdiyi imzalı formanın fotosunu sosial şəbəkə hesabında yayımlayıb. O, paylaşımına "Təşəkkürlər, ulduz" sözlərini əlavə edib.
Bu paylaşım qısa zamanda sosial şəbəkələrdə müzakirələrə yol açıb. İstifadəçilərin bir qismi Barış Alper Yılmazla Yeliz Yeşilçimen arasında romantik münasibət ola biləcəyini iddia edib.
Lakin tərəflər arasında sevgi münasibətinin olması barədə rəsmi təsdiq yoxdur. Həm futbolçu, həm də Yeşilçimen yayılan iddialarla bağlı hələlik açıqlama verməyib.


