YapiKredi Müraciət Forması
Media Özəl

Vüqar Zifəroğludan sosial şəbəkələrdəki manipulyasiyalarla bağlı çağırış

Vüqar Zifəroğludan sosial şəbəkələrdəki manipulyasiyalarla bağlı çağırış

"Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin təməl prinsiplərindən biridir. Müasir dövrdə informasiya müharibəsi və media manipulyasiyası fonunda bu ideologiyanın qorunması və təbliği daha da aktuallaşır. Çünki informasiya müharibəsinin əsas hədəflərindən biri milli-mənəvi dəyərlər və ideoloji prinsiplərdir. Bu baxımdan cəmiyyətin Azərbaycançılıq ideologiyası ətrafında birləşməsi, onun əsas prinsiplərini dərindən mənimsəməsi vacibdir".

Demokrat.az xəbər verir ki, bu fikirləri "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda dəyirmi masada Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, media və jurnalistlər bu prosesdə mühüm məsuliyyət daşıyırlar:

"Xüsusilə sosial şəbəkələrdə yayılan saxta məlumatlar, manipulyativ paylaşımlar və Azərbaycana qarşı aparılan kampaniyalar qarşısında peşəkar jurnalistika daha həssas və prinsipial mövqe nümayiş etdirməlidir. Media yalnız informasiya ötürən vasitə deyil, həm də cəmiyyətə təsir göstərən sosial-siyasi institutdur.

Bu baxımdan Azərbaycançılıq ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi daim diqqətdə saxlanılmalıdır. Eyni zamanda, media savadlılığının orta məktəblərdə tədrisi vacibdir.

Faktiki olaraq görürük ki, sosial mediada baş verənlər, eyni zamanda, son bir ayda müxtəlif mövzularda manipulyasiyalar və Azərbaycana qarşı aparılan çirkin kampaniyalar bizi jurnalist olaraq bu məsələlərdə olduqca həssas davranmağa məcbur edir".

Nuray Paşşanlı

Editor
Redaktor