YapiKredi Müraciət Forması
Region Özəl

Samvel Karapetyan həbs edildi

Samvel Karapetyan həbs edildi

Məhkəmə vəsatəti diqqətlə nəzərdən keçirməyə xeyli vaxt sərf etdi.

Demokrat.az xəbər verir ki, bu barədə bu gün, noyabrın 5-də vəkil Arman Feroyan məhkəmə binasının qarşısında jurnalistlərə açıqlamasında bildirib.

O, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın bir ay müddətinə həbs edilməsi barədə məhkəmə qərarını şərh edərkən belə deyib.

Bildirilib ki, hazırda Samvel Karapetyana qarşı iki məhdudlaşdırıcı tədbir tətbiq olunub: ev dustaqlığı və bir aylıq həbs.

Onun vəkilləri bildiriblər ki, onun həbs edilməsi barədə qərardan mütləq şəkildə appelyasiya şikayəti verəcəklər.

Daha əvvəl xəbər verildiyi kimi, bu səhər məhkəmə "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın bir ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

İş hakim Levon Petrosyana həvalə olunub və məhkəmə iclası bütün gecə davam edib.

Bundan əvvəl, dünən səhər saatlarından etibarən İstintaq Komitəsinin müstəntiqləri "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın və Milli Məclisdəki "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyanın yaşadıqları ünvanlarda axtarışlar aparıblar.

Bununla əlaqədar İstintaq Komitəsi (İK) bildirmişdi ki ittiham olunan şəxslərə aid bütün obyektlərdə axatarış aparılır.

"Ermənistan Respublikası İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılığın İstintaqı Baş İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində 65 ünvanda eyni vaxtda axtarışlar həyata keçirilib", - deyə İK-nın mətbuat xidməti bildirib.

Daha sonra İK bəyanat yayaraq, "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə 64,5 milyard dram məbləğində ziyan dəydiyini açıqladı.

" Samvel Karapetyan və digər 35 nəfərə qarşı cinayət təqibi başlanılıb və onların hamısı saxlanılıb", - qurumdan verilən məlumatda belə deyilir.

Alparslan