YapiKredi Müraciət Forması
Region

İstintaq Komitəsinin sədri: "Azərbaycanlı hərbçinin heç kimi öldürmək niyyəti olmayıb"

İstintaq Komitəsinin sədri: Azərbaycanlı hərbçinin heç kimi öldürmək niyyəti olmayıb

Zəngəzurun Şəki kəndində baş verən hadisə ilə əlaqədar saxlanılan azərbaycanlı hərbçi dindirilib və ifadə verərək, izlədiyi marşrutu, eləcə də hadisənin təfərrüatlarını açıqlayıb. Faktların qiymətləndirilməsinə əsasən, onun qətl törətmək niyyəti olmayıb.

Demokrat.az xəbər verir ki, bu sözləri Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan jurnalistlərə açıqlamasında deyib.

Poqosyan ilkin istintaqın məxfiliyinin qorunması zərurətini əsas gətirərək, ifadənin təfərrüatlarını açıqlamaqdan imtina edib.

"O, dindirilib və ifadə verib. Dindirilmənin məzmununu açıqlaya bilmərəm. Lakin onu qeyd edə bilərəm ki, o, həqiqətən də ifadə verib; hadisə yerini, baş verən hadisəni, ərazini və ora necə gəldiyini dəqiqləşdirib – hər şeyi ətraflı şəkildə əhatə edib", – deyə İstintaq Komitəsinin sədri bildirib.

Bir jurnalistin insidentin səbəbləri ilə bağlı sualına isə Poqosyan belə cavab verib:

"Deyə biləcəyim tək şey odur ki, onun heç kəsi öldürmək niyyəti olamyıb"

İstintaq Komitəsinin sədri vurğulayıb ki, onun bu fikirləri hadisənin faktiki hallarına əsaslanır.

Alparslan