YapiKredi Müraciət Forması
Region

Milli Təhlükəsizlik Xidməti Samvel Karapetyanın evində axtarış aparır - VİDEO

Milli Təhlükəsizlik Xidməti Samvel Karapetyanın evində axtarış aparır - VİDEO

Bu səhərdən etibarən İstintaq Komitəsinin müstəntiqləri Milli Təhlükəsizlik Xidmətiтшт əməkdaşları ilə birlikdə "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın və onun oğlu, parlamentdəki "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparır.

Demokrat.az-ın "Güclü Ermənistan" partiyasının mətbuat katibi Aqavni Sukiasyana istinadən verdiyi məlumata görə, əsas biznesi Rusiyada olan oliqarxın ailəsi ilə əlaqəli digər şirkətlərin İrəvandakı hüquqi ünvanlarında da axtarışlar həyata keçirilir.

Mətbuatda yayılan məlumatlara görə, iş "Ermənistan Elektrik Şəbəkələri" ilə əlaqəli iqtisadi cinayəti əhatə edir.

Bununla bağlı İstintaq Komitəsi bildirib: "Ermənistan Respublikası İstintaq Komitəsinin İqtisadi cinayətlərin və qaçaqmalçılığın araşdırılması üzrə baş idarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarışlar həyata keçirilir".

Alparslan