YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Qarabağa köçlə bağlı mühüm açıqlama — Əvvəlcə bu ailələr köçürüləcək

Qarabağa köçlə bağlı mühüm açıqlama — Əvvəlcə bu ailələr köçürüləcək

"Keçmiş məcburi köçkünlərə mənzillərin təklif edilməsi və bütövlükdə həmin ailələrə mənzil təminatı ilə bağlı təqvimlə qaydalar da müəyyənləşib və həmin qaydalara uyğun olaraq da mənzillərin verilməsi reallaşır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib.

O bildirib ki, Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılıb:

"Məqsəd qısa zamanda daha çox vətəndaşlarımızın məskunlaşmasına nail olmaqdan ibarətdir. Zəfərdən keçən müddətdə artıq 41 mindən artıq keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdıb. Birinci mərhələdə, mövcud mərhələdə daha çox mənzil şəraiti yaxşı olmayan vətəndaşlarımızın, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması təmin edilir. Bunlar həm xüsusilə yataqxanalarda və ya o cümlədən bir sıra dövlət qurumlarının binalarında məskunlaşan vətəndaşlarımız, onların mənzil şəraiti təbii ki, yaxşı deyil və onların həmin keçmiş məcburi köçkünlər ilk növbədə öz ata-baba yurdlarına qayıdırlar".

Deputat əlavə edib ki, eyni zamanda digər meyar məhz həmin qayıdılan ərazidə qeydiyyatın olmasıdır:

"Amma eyni zamanda antiteror nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə də keçmiş məcburi köçkünlərin məskunlaşması davam etdirilir. Bu gün xüsusilə nəzərə almalıyıq Xocalı, Xocavənd, Xankəndidə xeyli sayda keçmiş məcburi köçkünlər məskunlaşır. Və o məskunlaşmada da yenidən əsas meyar məhz mənzil şəraitidir. Mənzil şəraiti yaxşı olmayan keçmiş məcburi köçkünlər tam məskunlaşandan sonra isə artıq biz digər vətəndaşlarımızın məcburi köçkünlərin məskunlaşmasını müşahidə edəcəyik".