YapiKredi Müraciət Forması
Region

Paşinyan: "Ermənistan və Azərbaycan artıq sülhə nail olublar, indi isə onu möhkəmləndirmək lazımdır"

Paşinyan: Ermənistan və Azərbaycan artıq sülhə nail olublar, indi isə onu möhkəmləndirmək lazımdır

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh artıq reallığa çevrilib, lakin indi o, hüquqi cəhətdən möhkəmləndirilməlidir.

Demokrat.az xəbər verir ki, Paşinyan bunu 3 noyabr 2026-cı ildə, Brüsseldə keçirilən Aİ-nin genişlənməsi sammiti zamanı "Euronews"a müsahibəsində, sülh sazişinin İrəvanın Avropa istəkləri baxımından əhəmiyyəti ilə bağlı suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, davamlı və sülh yolu ilə nizamlanma həm regional sabitlik, həm də Ermənistanın Avropa perspektivləri üçün vacibdir.

Ermənistanın baş naziri qeyd edib ki, onun fikrincə, Avropa İttifaqının münaqişə vəziyyətində olan bir ölkəni üzvlüyə qəbul etməsi ehtimalı azdır. Eyni zamanda o vurğulayıb ki, Ermənistanla bağlı mühüm müsbət irəliləyiş baş verib:

"2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra Azərbaycanla sülh bərqərar olub", - deyə Paşinyan bildirib.

Paşinyan bu prosesdə ABŞ Prezidenti Donald Trampın dəstəyini və təşəbbüsünü xüsusilə qeyd edib.

"Xoş xəbər ondan ibarətdir ki, biz Azərbaycanla sülhə nail olmuşuq. Bu, ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş tutub", - deyə o, bildirib.

Onun sözlərinə görə, bu, sadəcə bir niyyət bəyanatı deyil, belə ki, əldə olunan razılaşmalar artıq real vəziyyətdə dəyişikliklərə gətirib çıxarıb.

"Bu, sadəcə bir sülh bəyanatı deyildi. Bu, artıq real vəziyyətə çevrilib. Yəni, hazırda praktikada əsl sülh mövcuddur", – deyə Paşinyan vurğulayıb.

Eyni zamanda, o, əldə olunmuş nəticənin institutsional səviyyədə möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

"Xüsusilə dünyada baş verənləri nəzərə alsaq, sülhü institutsional şəkildə rəsmiləşdirmək hazırda çox vacibdir. Ermənistan və Azərbaycan arasında sülh sazişi ilkin olaraq xarici işlər nazirlərimiz tərəfindən Vaşinqtonda paraflanıb. İndi isə biz bu sazişi imzalamalı və ratifikasiya etməliyik", – deyə Nikol Paşinyan qeyd edib.

Paşinyan sonda bəyan edib ki, sülhün bərqərar olması Ermənistanın Avropa İttifaqına daxil olması üçün çox əhəmiyyətlidir.

Alparslan