YapiKredi Müraciət Forması
Özəl Siyasət

ABŞ-da parlament seçkiləri başa çatdı: kim qələbə çalacaq?

ABŞ-da parlament seçkiləri başa çatdı: kim qələbə çalacaq?

ABŞ-da Konqresə aralıq seçkilər üçün nəzərdə tutulan seçki məntəqələri ölkə üzrə fəaliyyətini başa çatdırıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə ABŞ mətbuatı xəbər verir.

Ən son olaraq Alyaskadakı seçki məntəqələri bağlanıb.

ABŞ beyin mərkəzlərinin, habelə media orqanlarının proqnoz və hesablamalarına əsasən, Demokrat Partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluq əldə etməyə hazırlaşır.

Əksər proqnozıara görə, seçkinin nəticəsində demokratlar ABŞ Konqresinin yuxarı palatasındakı 100 yerdən 53-nü qazanacaqlar.

Aşağı palatada isə Demokrat Partiyası 255 yer qazanmaq yolundadır.

Qeyd edək ki, Nümayəndələr Palatasında çoxluq əldə etmək üçün ən azı 218 yer tələb olunur.

Beləliklə, son sayımın nəticələri belə olarsa, Donald Tramp "axsayan ördək" ləqəbini almış növbəti prezident olacaq.

Xatırladırıq ki, "axsayan ördək" ləqəbi ABŞ-da qanunverici orqanında çoxluğunu itirmiş prezidentlərə verilir.

Alparslan