YapiKredi Müraciət Forması
Özəl Siyasət

"Dövlətlər dostunu çətin gündə tanıyır"

Dövlətlər dostunu çətin gündə tanıyır

"Yılmaz Özdilin çıxışında düzgün bir fikir var. Dövlətlər münasibətlərini inanc və məzhəbə görə yox, öz maraqlarına görə qurur. Azərbaycançılıq ideologiyasında bu əsas xətdir. Azərbaycan dövləti, onun müstəqilliyi və xalqın təhlükəsizliyi hər şeydən əvvəl gəlməlidir.
Otuz il işğal altında yaşamış ölkə ordusunu zəif saxlaya bilməzdi. Azərbaycan silah və texnologiyanı satmaq istəyən ölkələrdən alıb, İsrail də onların arasındadır".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bu, heç kimə qarşı atılmış addım deyil, öz müdafiəsini təmin etməkdir:

"Türkiyə də S-400 almaqda eyni məntiqlə hərəkət etdi və heç kim ona bu barədə ideoloji dərs keçmədi. Azərbaycanın da eyni hüququ var. Bakı həm də kimin çətin gündə yanında olduğunu unutmur. İsrail müstəqilliyimizi ilk tanıyan dövlətlərdən olub, Fələstin rəhbərliyi isə illər boyu Ermənistana yaxın mövqe tutub. Azərbayca bütün bunlara baxmayaraq Fələstin xalqına hər zaman humaitar yardım göstərib. Bu fonda Azərbaycanın mövqeyi başa düşüləndir. Türkiyə ilə münasibət isə keçici maraq hesabından yuxarıdır. Zəfər Günü əvvəlcə 10 noyabra təyin edilmişdi, lakin həmin gün Türkiyədə Atatürkün anım günü olduğu üçün tarix 8 noyabra keçirildi. Öz qələbəsinin bayramını Qardaşın yas gününə görə dəyişən xalq dostluğunu sözlə yox, əməllə göstərir. Və biz bunu hər zaman etməkdən çəkinməmişik".