Maliyyə Nazirliyi 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair açıqlama yayıb

MALİYYƏ 16 sentyabr 2026, 22:32
Bu gün Maliyyə Nazirliyi dövlət maliyyə idarəolunması sahəsində fiskal diaqnostika aləti sayılan "Açıq Büdcə Sorğusu" metodologiyasına uyğun olaraq "2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədi hazırlayaraq internet səhifəsində yerləşdirib.

Demokrat.az-ın xəbərinə görə, sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, icmal və dövlət büdcələrinin layihələrinin ilkin parametrlərinə dair nazirliyin baxışlarını əks etdirir.

Büdcə prosesinin növbəti mərhələlərində "2027-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilənə qədər qeyd olunan parametrlərə dəyişikliklərin edilməsi mümkündür.

"2027-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" və sənədin əlavələri ilə bu linkdən tanış olmaq mümkündür.

Maliyyə Nazirliyi ilkin büdcə göstəricilərinə dair açıqlamanı 2019-cu ildən bəri yayır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

16 sentyabr 2026, 22:57
Top