Düyünü bişirməzdən əvvəl yumağın vacib olub-olmaması uzun müddətdir müzakirə edilir. Aparılan yeni bir eksperiment isə bu prosesin yeməyin teksturasına ciddi təsir göstərə bildiyini ortaya qoyub.
Demokrat.az xəbər verir ki, test zamanı yuyulmuş və yuyulmamış düyü eyni üsulla bişirilərək müqayisə edilib. Təcrübədə ağ basmati və jasmin düyüsündən istifadə olunub.
Hər bir porsiya üçün bir stəkan düyü, 1,5 stəkan su və bir çay qaşığı duz götürülüb. Düyü əvvəlcə orta-yüksək temperaturda qaynadılıb, daha sonra zəif odda 12 dəqiqə bişirilib. Bundan sonra qaz söndürülüb və düyü daha 10 dəqiqə qapaqlı qazanda saxlanılıb.
Yuyulacaq düyü isə əvvəlcə soyuq suda bir neçə dəfə yaxalanıb. Su əsasən şəffaflaşana qədər proses təxminən 3-4 dəfə təkrarlanıb. Daha sonra düyü təxminən 10 dəqiqə suda saxlanılıb və yaxşı süzüldükdən sonra bişirilib.
Nəticələr göstərib ki, yuyulmuş və isladılmış düyü daha yüngül, yumşaq və dənəvər alını. Çəngəllə qarışdırıldıqda dənələr bir-birindən asanlıqla ayrılıb. Yuyulmamış düyü isə daha yapışqan olub və bəzi hallarda topalar şəklində qalıb.
Eksperimentdə düyünün yuyulmasının arsenlə bağlı təsiri də nəzərdən keçirilib. ABŞ Qida və Dərman Administrasiyasının (FDA) məlumatına görə, düyü digər bəzi kənd təsərrüfatı məhsulları ilə müqayisədə arseniki daha çox mənimsəyə bilir. Lakin bişirməzdən əvvəl yumaq düyünün tərkibindəki arsenin miqdarına minimal təsir göstərir.
Mütəxəssislərin yanaşmasına görə, düyünün yuyulması əsasən teksturanı yaxşılaşdırmaq baxımından faydalıdır. Bir neçə dəqiqəlik yaxalama artıq nişastanın bir hissəsini aradan qaldıraraq daha dənəvər nəticə əldə etməyə kömək edir. Qısa müddətli islatma isə düyü dənələrinin daha bərabər bişməsinə şərait yarada bilər.
Bununla belə, bütün düyü yeməkləri üçün yumaq məsləhət görülmür. Məsələn, risotto və paella kimi yeməklərdə düyünün tərkibindəki nişastanın qalması yeməyin istənilən konsistensiyasını əldə etmək üçün vacibdir.
Beləliklə, məqsəd yumşaq, yüngül və bir-birindən ayrılan düyü dənələri əldə etməkdirsə, bişirməzdən əvvəl onu yumaq faydalı ola bilər. Lakin düyünü arsenikdən təmizləmək üçün yumağa güvənmək düzgün deyil.
Jalə
Demokrat.az