Oktyabrın 31-də Bakının Nizami rayonunda 4 qadın zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Məlumata əsasən, saat 20:15 radələrində Mərkəzə Nizami rayonu ərazisindən çağırış daxil olub.
Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadaları tərəfindən 4 qadın zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanaya hospitalizasiya olunub.
Qeyd edək ki, onların "Qızıl Qaya" restoranında zəhərləndiyi bildirilir.


