YapiKredi Müraciət Forması
İdman

"Şamaxı" "Neftçi"ni, "Kəpəz" "İmişli"ni qəbul edir

Şamaxı Neftçini, Kəpəz İmişlini qəbul edir

Misli Premyer Liqasının X turunda bu gün daha 2 matç keçiriləcək.

Demokrat.az xəbər verir ki, günün ilk oyununda "Neftçi" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.

Qarşılaşma saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.

Günün ikinci görüşü isə Gəncə stadionunda təşkil olunacaq. Ev sahibi "Kəpəz" "İmişli"ni sınağa çəkəcək. Matç saat 17:30-da start götürəcək.

Misli Premyer Liqası

I dövrə, X tur

1 noyabr

15:00. "Şamaxı" – "Neftçi"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.

Şamaxı şəhər stadionu

17:30. "Kəpəz" – "İmişli"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.

Gəncə şəhər stadionu.

B
Qeyd edilməyib