"Qalatasaray"la oyundan öncə "Barselona"da ağır itki

İDMAN 18 sentyabr 2026, 12:07
Çempionlar Liqasında “Qalatasaray”ın rəqibi olan “Barselona”da vacib qarşılaşma öncəsi zədə problemi yaşanıb.

Demokrat.az
xəbər verir ki, İspaniya təmsilçisinin “Rasinq Santander”ə qarşı keçirdiyi matçda komandanın əsas qapıçısı dizindən zədələnib. Oyunçu qarşılaşmanın ilk hissəsində meydana davam edə bilməyərək əvəzlənib.

Tibbi müayinələrin ilkin nəticələrinə əsasən, təcrübəli qapıçının ən azı üç həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu səbəbdən onun “Qalatasaray”la Çempionlar Liqası matçında iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, zədələnən qapıçının yerinə matçın ikinci hissəsində 38 yaşlı Voyçex Şçensnı meydana çıxıb. “Barselona”nın heyətində daha bir alternativ qapıçı kimi “Fənərbağça”nın sabiq qapıçısı Dominik Livakoviç də yer alır.

Kataloniya klubunun “Qalatasaray”la qarşılaşmada qapını hansı oyunçuya həvalə edəcəyi maraq doğurur.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top